Balanssaxlayıcı təşkilat (müəssisə) "Aqroservis" Açıq Səhmdar Cəmiyyəti
Nəqliyyat vasitəsinin markası Qaz 33023-511 Yük
Buraxılış ili 2007
Start qiyməti (manatla) 3000
Yerləşdiyi yer Şirvan

  

Mühərrik sökülmüş vəziyyətdədir (kuzovda yeşikdə yerləşir), silindirlər bloku korroziyaya uğrayıb, porşen-gilz qrupu və yağlama sisteminə aid hissələri istifadəyə yararsız haldadır. Kabinanın damı, ayaqaltı hissəsi korroziyaya uğrayıb, qapıların germetikliyi pozulub. Ötürmələr qutusunda val, dişli çarx və sinxponizatorlarında yeyilmə əmələ gəlmişdir. Qabaq körpüdə hərəkət zamanı top hissəsində səs əmələ gəlmişdir. Arxa körpüdə reduktor, yarımox və yastıqlarda yeyilmə əmələ gəlib. Kardan valda şlis birləşmələrində və krestovinlərdə lyuft yaranıb. Ressor təbəqələri deformasiyaya uğrayıb. Şinlərin (6 ədəd) protektorlarında çat əmələ gəlmiş, istifadəyə yararsızdır. Çərçivə ümumi korroziyaya məruz qalıb. Yanacaq sistemi yararsız haldadır. Tormoz barabanları və üzlükləri maksimum yeyilmiş haldadır. Elektrik avadanlığı ümumi korroziyaya uğrayıb, naqil dəstləri yeyilmiş haldadır.      

        

Qeyd: Nəqliyyat vasitəsi 2-ci dəfə təkrar hərraca çıxarılır.

Sifariş ver