Torpaq sahəsinin koordinatlarını, plan ölçüsünü bilmək üçün aparılan işlərə görə tələb olunan xidmət haqqını internetlə özün hesabla

Mülkiyyətçilər torpaq sahələrinin koordinatlarını, plan ölçüsünü, hansı ərazidə yerləşməsi ilə bağlı dəqiq məlumatları özündə əks etdirən kadastr planını əldə etmək üçün tələb olunan xidmət haqqını internet vasitəsilə, onlayn olaraq hesablaya bilir. Vətəndaşlar Əmlak Məsələləri Dövlət Komitəsinin elektron xidmətlərindən biri olan “Kadastr kalkulyatoru” ilə bu imkanı əldə edir.

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsinin MƏLUMATI

Hörmətli media nümayəndələri!

Ölkə rəhbəri Möhtərəm cənab Prezident İlham Əliyevin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2013-cü il 22 iyul tarixli Sərəncamı ilə jurnalistlər üçün inşa edilmiş və onların  mülkiyyətinə verilmiş ikinci binada yerləşən mənzillərə dair Çıxarışlar Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən yaxın günlərdə səyyar mobil qeydiyyat xidməti çərçivəsində həmin binanın həyətində media nümayəndələrinə təqdim ediləcəkdir. 

Əmlak Məsələləri Dövlət Komitəsindən vətəndaşlar üçün praktiki xidmət: mənzillərin ünvanı, tikildiyi tarixi və sahəsi üzrə bazar qiymətini onlayn öyrənin

Bəzi vətəndaşlar mənzili aldıqdan sonra qiymətin bazar dəyərindən baha olduğunu öyrənir. Digərləri isə qiymətdə yanılmamaq üçün alacağı evin bazar dəyərini bilmək istəyir. Əmlak Məsələləri Dövlət Komitəsinin elektron xidməti vasitəsi ilə almaq istədiyiniz evin qiymətinin bazar dəyərinə uyğun olub-olmadığını əvvəlcədən öyrənmək mümkündür.

Ardını oxu...

Hərraca çıxarılan 33 nəqliyyat vasitəsindən 29-u özəlləşdirildi: 03 sentyabr hərracının nəticəsi

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsi üzrə keçirilən hərraclarda elektron iştirak imkanları investorların istənilən yerdən prosesə qoşulmasını təmin edir. Hərracların ictimaiyyətə tam açıq formada keçirilməsi, hər kəs üçün həm onlayn, həm də canlı iştirak fürsətlərinin yaradılması özəlləşdirmədə şəffalığı təmin edir, vətəndaş marağını artırır.

Ardını oxu...

193 Çağrı mərkəzi: daşınmaz əmlakla bağlı sorğulara operativ cavab və hüquqi yardım

Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyət istiqamətləri üzrə sorğuların anında cavablandırılması, o cümlədən vətəndaşların göstərilən xidmətlərlə bağlı hüquqi informasiya təminatının yüksəldilməsi sahəsində 193 Çağrı mərkəzi fəaliyyət göstərir. Hər bir müraciətə operativ reaksiya vermək, təklifləri dinləmək kimi məqsədlərlə komitənin Çağrı mərkəzi vətəndaşların xidmətindədir.

Bu ilin ilk 8 ayı ərzində Çağrı mərkəzinə ümumilikdə 18 minə yaxın müraciət daxil olub. Ünvanlanan müraciətlər əsasən, ərizə və məktubların icrası, daşınmaz əmlakların dövlət qeydiyyatına alınması, elektron xidmətlər, dövlət əmlaklarının özəlləşdirilməsi və digər məsələlərə aiddir. Yanvar-avqust ayları ərzində məlumat mərkəzinə daxil olmuş müraciətlərin 17 mindən yuxarısı sorğu tipli, qalanı isə araşdırma tələb edən məsələlər olub.

Hər bir sorğu bütün hallarda qanunvericiliyə uyğun olaraq cavablandırılıb, vətəndaşlara ətraflı izahatlar verilib. Araşdırma tələb edən müraciətlər isə qeydə alınıb və fəaliyyət sahəsi olan struktur bölməyə həll edilməsi üçün yönləndirilib. Qeyd edək ki, Çağrı mərkəzinə edilən müraciətlərdən 15 minə yaxını paytaxt Bakı şəhərində, 3 minə yaxını isə regionlarda yaşayan vətəndaşlar tərəfindən ünvanlanıb.
Əmlak Məsələləri Dövlət Komitəsinin 193 Çağrı mərkəzi bütün sorğuların cavablandırılmasını təşkil etmək, vətəndaşların bu istiqamətdə hər hansı bir çətinliyini dərhal aradan qaldırmaq məqsədilə canlı və səsli menyu rejimində olmaqla fasiləsiz fəaliyyət göstərir. Canlı rejimdə komitə mütəxəssisləri həftənin iş günləri saat 9.00-dan 18.00-dək vətəndaşların müraciətlərini gözləyir.