27 avqust hərracı: dövlət əmlakları rəqabətli mühitdə özəlləşdirildi

Özəlləşdirməyə çıxarılan dövlət əmlaklarının çoxseçimli, sifariş prosedurlarının, iştirak qaydasının isə elektron formada olması hərraclara marağı artırır, prosesdə rəqabətli mühit yaradır. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 27 avqust tarixində keçirilən hərracda daha bir neçə vətəndaş əmlak sahibi oldu. Bu dəfə kiçik dövlət müəssisəsi, yarımçıq tikili və nəqliyyat vasitələri özəlləşdirildi. Hərracda 11 əmlak üzrə ümumilikdə 17 sifariş verilmişdir.

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsində daha bir yenilik: artıq vətəndaşların müraciət və qəbulları birbaşa canlı bağlantı ilə aparılacaq

Əmlak Məsələləri Dövlət Komitəsi ənənəsinə sadiq qalaraq daha bir yeniliyə imza atıb. Belə ki, artıq vətəndaş müraciətləri və qəbullar, komitənin regional qurumlarına nəzarət birbaşa canlı bağlantı ilə də aparılacaq. Komitə tərəfindən 23 avqust tarixində təqdimatı keçirilən yeni layihə vasitəsilə vətəndaşlarla birbaşa olaraq onlayn şəkildə qəbullar təşkil edilib və onları maraqlandıran bütün suallar canlı şəkildə cavablandırılıb.
Ardını oxu...

Kiçik dövlət müəssisələrinin əmək kollektivi üzvlərinə güzəştli satışı xidmətindən elektron formada da istifadə etmək mümkündür

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hərraclarla bağlı göstərilən xidmətlərdən biri də kiçik dövlət müəssisələrinin əmək kollektivi üzvlərinə güzəştli satışıdır. Bu xidmət kiçik dövlət müəssisələrinin ilkin qiymətinin 15%-nin üzərində mülkiyyət hüquqlarının əldə edilməsi ilə bağlı əmək kollektivinin üzvlərinə və onlara bərabər tutulan şəxslərə güzəştli satışı müəyyən edir.
Ardını oxu...

İstismarına icazə verilən binalardakı mənzillərin rəsmi qeydiyyata alınması sürətli formada aparılır: “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası Yasamal rayonunda keçirilir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il fevralın 19-da imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” fərmanına uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən istismarına icazə verilən binalarda qeydiyyat xidmətlərinin göstərilməsi sürətli formada davam etdirilir. “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyasının birbaşa yerlərdə keçirilməsi ilə vətəndaşlar vaxta qənaət edərək daha rahat və intensiv şəkildə mülkiyyət hüquqlarının qeydiyyatını həyata keçirir.
Ardını oxu...