06 avqust hərracında paytaxt və bölgələrdəki dövlət əmlakları özəlləşdirildi

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən avqustun 6-sı dövlət əmlaklarının özəlləşdirilməsi üzrə hərrac keçirilib. Növbəti açıq və şəffaf hərracda kiçik dövlət əmlakları və qeyri-yaşayış sahələri üzrə sifariş vermiş investorlar iştirak etdi. Bu dəfə özəlləşdirilən dövlət müəssisələri paytaxtla yanaşı Qazax və Zaqatala rayonlarında yerləşir. Hərracında iştirak üçün 2 sifarişin verildiyi qeyri-yaşayış sahəsi Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsindədir. Bu dövlət əmlakının ümumi faydalı sahəsi 103.6 kv.m-dir. Qeyri-yaşayış sahəsi 12 min 500 manata özəlləşdirildi. Özəlləşdirilən digər qeyri-yaşayış obyekti isə Bakı şəhəri, Suraxanı rayonu, Zığ yolunda yerləşir. Faydalı sahəsi 84.5 kv.m olan dövlət əmlakını investor 8 min 500 manata özəlləşdirdi.

Ardını oxu...

“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası bu həftə Bakı şəhəri üzrə 5 rayonda keçiriləcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il fevralın 19-da imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” fərmanının icrasına uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsi istismara icazə verilmiş binalarda mobil qeydiyyat kampaniyalarını davam etdirir. İntensiv xarakter alan “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” aksiyası 05-09 avqust tarixlərində paytaxtın 5 rayonunda keçiriləcək. Belə ki, avqustun 5-i Nizami, 6-sı Sabunçu, 7-i Nəsimi, 8-i Xətai, 9-u isə Nərimanov rayonlarında mənzillərin dövlət qeydiyyatına alınması üzrə xidmətlər göstəriləcək.

Ardını oxu...

Sentyabrın ilk hərracı: 55 dövlət əmlakı özəlləşdirməyə çıxarıldı

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilən özəlləşdirmə hərracları müxtəlif iqtisadi sahələrə investisiyaların yatırılması, o cümlədən özəl sektorun inkişafı baxımından əhəmiyyətlidir. Hərrac xidmətlərində elektron imkanların təminatı ilə sərmayəçilər heç bir çətinlik olmadan dövlət əmlaklarının özəlləşdirilməsinə qoşula bilir. Seçim və sifarişlərin elektron formada verilməsi, o cümlədən istənilən yerdən hərracda onlayn iştirak potensial investorların rahatlığına yönəlib.

Ardını oxu...

Daşınmaz əmlakın qeydiyyatında əlçatanlıq bu sahədəki göstəriciləri artırıb

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən daşınmaz əmlakın qeydiyyatı prosedurunun sadələşməsi, bu sahədə əlçatanlığın artırılması, elektron xidmətlərin genişləndirilməsi, həyata keçirilən sosial və innovativ layihələr cari ildə də əmlakların qeydiyyatının artmasına səbəb olub. Belə ki, elektron çıxarışın tətbiqi, çıxarışın 1 iş günü müddətinə almaq imkanının olması, “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kimi kampaniyaların keçirilməsi, SMS xidmətlərinin fəaliyyət göstərməsi, bu sahədə maarifləndirmə işlərinin aparılması nəticənin müsbət olmasına təsir göstərib.  Bunu statistik göstəricilər də təsdiqləyir.

Ardını oxu...