Daha 80 dövlət əmlakı özəlləşdirilmək üçün hərraca çıxarıldı

Dövlət əmlaklarının özəlləşdirilməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsinin keçirdiyi hərraclara elektron formada qoşulma üstünlüyü rahat və şəffaf mühiti təmin edərək prosesdə aktiv iştiraka şərait yaradır. Sifarişlərin onlayn formada verilməsi, o cümlədən virtual formada hərracda iştirak fürsətləri vətəndaş məmnunluğuna istiqamətlənib. Hərrac günü sifarişçilərlə yanaşı, digər şəxslər də hərracı qeydiyyatsız formada həm onlayn (https://e-emdk.gov.az/eHerrac), həm də Əmlak Xidmətləri Məkanına getməklə canlı formada izləyə bilər.

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsinin daşınmaz əmlakın mükəmməl rəqəmsal kadastr məlumatları Bakının Baş Planının hazırlanmasında əsas baza rolunu oynayır: məlumatların inteqrasiyasına start verildi

Əmlak Məsələləri Dövlət Komitəsinin hazırladığı Bakı şəhərinin mükəmməl elektron kadastr məlumat bazası və rəqəmsal kadastr xəritələri paytaxtın Baş Planının yaradılmasında əsas mənbə kimi istifadə olunacaq. Qeyd edilməlidir ki, Bakı şəhərinin elektron kadastr məlumatları əmlaklarla, torpaqlarla bağlı dəqiq və müfəssəl göstəriciləri özündə cəmləşdirdiyindən Baş Planın hazırlanmasında mühüm baza rolunu oynayacaq. Qabaqcıl dünya təcrübəsinə istinad edən beynəlxalq və yerli ekspertlər işlərin müvəffəqiyyətli icrasını təmin etmək məqsədi ilə hazırlanacaq Baş Planın mövcud rəqəmsal kadastr xəritələri üzərindən qurulmasını məqsədəuyğun hesab edirlər. Odur ki, Əmlak Məsələləri Dövlət Komitəsinin kadastr məlumatlarının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məlumat bazasına inteqrasiyasına start verildi. Bununla bağlı iyulun 12-də hər iki qurumun, Baş Planın hazırlanmasında iştirak edən şirkətin, eləcə də media nümayəndələrinin iştirakı ilə tədbir keçirilib. Tədbir ötən ildə iki qurum arasında imzalanan əməkdaşlıq memorandumu çərçivəsində reallaşıb.

Ardını oxu...

Avstriya ilə Azərbaycan arasında daşınmaz əmlakın kadastrı və coğrafi məlumat sistemi sahəsində qarşılıqlı əlaqələr genişləndirilir

Daşınmaz əmlakın kadastrı və coğrafi məlumat sistemi sahəsində əməkdaşlığa dair 2018-ci il 6 iyulda imzalanan Anlaşma Memorandumu çərçivəsində Avstriya Respublikasının Metrologiya və Mərzçəkmə Federal Qurumunun nümayəndə heyəti iyulun 11-də Əmlak Məsələləri Dövlət Komitəsində olub. Görüşdə Əmlak Məsələləri Dövlət Komitəsinin sədri cənab Kərəm Həsənov və Avstriyanın Metrologiya və Mərzçəkmə Federal Qurumunun prezidenti cənab Vernherr Hoffmann iştirak ediblər.

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsi torpaqlardan istifadəyə nəzarətlə bağlı treyninqlərə start verib

Əmlak Məsələləri Dövlət Komitəsi torpaqlardan istifadə və onların mühafizəsinə dövlət nəzarətinin daha da səmərəli təşkili üçün yerlərdə torpaq müfəttişlərinə treyninqlərin keçirilməsinə start verib. Bunun üçün torpaq müfəttişlərindən ibarət işçi qrupu yaradılıb. İlk treyninqlər Bakı, Sumqayıt şəhərlərində, Şamaxı, Xaçmaz rayonlarında keçirilib.  

Ardını oxu...