Daşınmaz əmlakın qeydiyyatında əlçatanlıq bu sahədəki göstəriciləri artırıb

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən daşınmaz əmlakın qeydiyyatı prosedurunun sadələşməsi, bu sahədə əlçatanlığın artırılması, elektron xidmətlərin genişləndirilməsi, həyata keçirilən sosial və innovativ layihələr cari ildə də əmlakların qeydiyyatının artmasına səbəb olub. Belə ki, elektron çıxarışın tətbiqi, çıxarışın 1 iş günü müddətinə almaq imkanının olması, “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kimi kampaniyaların keçirilməsi, SMS xidmətlərinin fəaliyyət göstərməsi, bu sahədə maarifləndirmə işlərinin aparılması nəticənin müsbət olmasına təsir göstərib.  Bunu statistik göstəricilər də təsdiqləyir.

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsində geniş müşavirə keçirilib

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 2019-ci ilin yanvar-iyun ayları ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirə keçirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında aparılan genişmiqyaslı islahatlardan danışan Komitə sədri Kərəm Həsənov qeyd edib ki, sosial-iqtisadi siyasətinin mərkəzində həmişə vətəndaş rifahının təminatı prinsipi dayanır. Ölkə başçısının rəhbərliyi altında davam edən uğurlu islahatlar sosial sahədə olduğu kimi, artıq idarəetmənin müasir dövrün tələblərinə uyğunlaşmasında, dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin elektron müstəvidə həyata keçirilməsində də özünü göstərməkdədir.

Ardını oxu...

Elektron hərraca qoşulmaqla özəlləşmədə məsafəsiz iştirak: 61 dövlət əmlakı hərraca çıxarıldı

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərraclardan biri 27 avqust tarixində keçiriləcək. Elan edilən bu hərraca ümumilikdə 61 dövlət əmlakı çıxarılıb. Bunlardan 29-u kiçik dövlət müəssisəsi, 19-u səhmdar cəmiyyəti, 8-i nəqliyyat vasitəsi, 5-i isə qeyri-yaşayış sahəsidir. Kiçik dövlət müəssisə və obyektlərinin ümumi faydalı sahəsi 14.8 kv.m ilə 9.2 min kv.m arasındadır. Dövlət əmlakları arasında yardımçı təsərrüfat, tikiş fabrikinin flialı, ticarət, xidmət obyektləri və digər müəssisələr var. Paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi, N.Nərimanov küçəsindəki xidmət obyektinin ümumi faydalı sahəsi 621.6 kv.m-dir. Dövlət əmlakı 668.3 kv.m-lik  torpaq sahəsi ilə birgə özəlləşməyə çıxarılıb.

Ardını oxu...

“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası intensiv formatda keçirilir: bu həftə xidmətlər paytaxtın 3 rayonunda göstəriləcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il fevralın 19-da imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” fərmanının icrasına uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsi istismara icazə verilmiş binalardakı mənzillərin çıxarışla təmin olunması prosesini intensiv formatda davam etdirir. Səyyar qeydiyyat xidmətləri 29 iyul-02 avqust tarixlərində paytaxtın 3 rayonu üzrə göstəriləcək. Belə ki, “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası 29-30 iyul Nizami, 31 iyul Səbail, 01-02 avqust tarixlərində isə Yasamal rayonunda keçiriləcək.

Ardını oxu...