Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 02 dekabr tarixində “Torpaqların kəmiyyət və keyfiyyət uçotu, aqroiqlim, relyef göstəricilərindən istifadə etməklə coğrafi informasiya sistemləri (CİS) əsasında elmi əsaslarla idarə edilməsi”nə həsr olunmuş ictimai təqdimat keçiriləcək.

Tədbirdə pilot layihə kimi seçilmiş Şəki rayonunun timsalında kadastr məlumatları əsasında CİS-in tətbiqi ilə torpaq ehtiyatlarından səmərəli istifadə edilməsi, aqrar sahənin inkişafı üçün torpaq münbitliyi və keyfiyyət göstəricilərinə dair hazırlanmış təkliflər diqqətə çatdırılacaq.

İştirak etmək istəyən media nümayəndələrinin 02 dekabr tarixində saat 10:30-da Komitənin İnformasiya Texnologiyaları Mərkəzində (Heydər Əliyev pr. 139A, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin yanı) olmaları xahiş olunur.

Əlaqə telefonu: 050 235 30 33