Siz, indi şəxsi biznesinizə yatırdığınız investisiya qarşılığında hazır infrastrukturu, avadanlıqları və tikililəri olan dövlət müəssisəsinin yeni sahibinə çevrilə bilərsiniz.

Dövlətin əsas hədəfi özəl investisiyalar hesabına iqtisadi aktivliyin yüksəldilməsi, müəssisələrin fəaliyyətinin canlandırılması, yeni avadanlıq və texnologiyaların tətbiqi, habelə yeni iş yerlərinin açılmasından ibarətdir.

İnvestisiyanın həcmindən və icra olunacaq layihənin xüsusiyyətindən asılı olaraq dövlət büdcəsinə ediləcək ödənişlərə müəssisənin bazar dəyəri ilə müqayisədə böyük güzəştlərin tətbiqi nəzərdə tutulur. 

Qeyd olunmalıdır ki, hər hansı müəssisənin özəlləşdirilməsinə maraq yaranarsa təşkilatlararası müsabiqə komissiyası tərəfindən ən az 30 gün əvvəl satış şərtlərini özündə əks etdirən elan verilməklə bütün iddiaçılara bərabər hüquqlu şərait yaradan şəffaf müsabiqə proseduru icra ediləcəkdir.

Maraqlananlar həmin müəssisələr haqqında ətraflı məlumatları “Özəlləşdirmə Portalı”ndan (http://privatization.az/index.php/az/sas-s-hif/mue-ssis-l-r-2/mue-ssis-l-r-3) əldə edə bilərlər.

Müəssisələrə yerində baxış keçirmək, layihə və biznes planlarınız üçün ən uyğun müəssisə barədə fikir mübadiləsi aparmaq məqsədi ilə 490 24 08 (daxili: 208 və 191) nömrəsinə zəng edə, ycamalov@emdk.gov.az elektron ünvanına məktub yaza və ya aşağıdakı ünvana müraciət edə bilərsiniz: Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, 50 (Əmlak Məsələləri Dövlət Komitəsi, otaq  № 802)