Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 15 fevral 2017-ci il tarixində, saat 10:00-da  “Boulevard Hotel Baku” mehmanxanasında “Özəlləşdirmə sahəsinə investisiyalar: yeni imkanlar və çağırışlar” mövzusunda İşgüzar Forum keçiriləcəkdir. Forumda komitənin, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun rəhbərliyi iştirak edəcəkdir. 

Tədbirə ölkənin ən iri və nüfuzlu holdinq, assosiasiya, şirkətlər qrupu və itifaqlarını təmsil edən 100-dən artıq sahibkarlıq subyekti, məsləhətçilər, iş adamları, daşınmaz əmlak mütəxəssisləri qatılacaqdır.

Forumun əsas məqsədi Azərbaycan Respublikasında fəaliyyət göstərən sahibkarıq subyektlərini dövlət əmlakının özəlləşdirilməsi prosesinin gedişi, hazırda özəlləşdirməyə açıq olan sahələr, özəlləşdirmədəki yeni yanaşmalar və ölkədəki investisiya mühiti barədə məlumatlandırmaq, onların bu prosesdə iştirakının genişləndirilməsi ilə bağlı praktiki addımların atılmasına təşviq etməkdən ibarətdir.

Forum çərçivəsində Əmlak Məsələləri Dövlət Komitəsi ilə Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında əməkdaşlıq haqqında memorandum imzalanacaqdır.

İşgüzar Forumda iştirak etmək istəyən Kütləvi İnformasiya nümayəndələrinin  15 fevral tarixində, saat 10:00-da, “Boulevard Hotel Baku” mehmanxanasında olmaları xahiş olunur.