Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Qaxda vətəndaş qəbulu keçirəcək

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov 22 avqust 2014-cü il tarixində Qax şəhərində növbəti vətəndaş qəbulu keçirəcəkdir. Qəbulda Qax, Zaqatala, Balakən və Şəki rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaqdır. Vətəndaş qəbulu saat 11:00-da Qax şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcəkdir. Qəbula yazılmaq istəyən vətəndaşlar komitənin office@emdk.gov.azelektron ünvanına yaza və aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:
Komitənin Aparatı: (012) 490 24 08 (daxili 105, 102 və 349)
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı (Şəki) ərazi idarəsi: (2424) 4-26-20, 4-25-92