Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun 31 yanvar 2015-ci il tarixində Qusar rayonunda keçirəcəyi vətəndaş qəbulu 02 fevral 2015-ci il tarixinə keçirilmişdir. Qəbulda Qusar, Quba, Xaçmaz və Şabran rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaqdır. Vətəndaş qəbulu saat 11:00-da Qusar rayonunda yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcəkdir.

Qəbulda yuxarıda qeyd olunmuş rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaqdır.

 

Qəbula yazılmaq istəyən vətəndaşlar komitənin office@emdk.gov.azelektron ünvanına yaza və aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:

Komitənin Aparatı: (012) 490 24 08 (daxili 105, 102 və 349)

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı ərazi idarəsi:

(02332) 5 00 18, (02332) 5 00 17, (02338) 5 37 45