Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin Sədri  Kərəm Həsənov 13 mart 2015-ci il tarixində Saatlı  şəhərində növbəti vətəndaş qəbulu keçirəcəkdir. Qəbulda Saatlı, Şirvan, Sabirabad, Salyan, Neftçala, Hacıqabul, Cəbrayıl rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaqdır.

Vətəndaş qəbulu saat 11:00-da şəhərdə yerləşən Gənclər Mərkəzində keçiriləcəkdir. Qəbula yazılmaq istəyən vətəndaşlar komitənin office@emdk.gov.az  elektron ünvanına yaza və aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:

Komitənin Aparatı: (012) 490 24 08 (daxili 105, 102 və 349)

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı ərazi idarəsi:

            (02121) 57766, (02121) 55245, (02123) 5 62 47