Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyi sentyabr ayında Bərdə və Ağdam rayonlarında vətəndaşları qəbul edəcəklər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən vətəndaşların təklif, irad və müraciətləri ilə yerindəcə tanış olmaq üçün mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyi 27 sentyabr tarixində vətəndaş qəbulu keçirəcəkdir.
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov 27 sentyabr 2019-cu il tarixində Bərdə rayonunda həmin rayonun sakinlərini fərdi qaydada qəbul edəcək. Komitə sədri tərəfindən qəbul saat 10:00-da Bərdə şəhərində yerləşən Yeni Azərbaycan Partiyasının inzibati binasında keçiriləcək. Həmin gün Komitənin sədr müavini Rafiq Cəlilov Ağdam rayonunda vətəndaşlarla görüşəcək. Komitə sədrinin müavini tərəfindən keçiriləcək qəbul saat 10:00-da Ağdam rayonunda yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcəkdir.
(02020) 5-56-05, (02632) 5-07-65