Dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac 07 yanvar tarixində keçirilib. İlin ilk hərracında əksər nəqliyyat vasitələri rəqabətli mühitdə özəlləşdirilib. Buraxılış tarixləri 2007-2009-cu illər olan bu avtomobillər Qaz, Kamaz və Fiat markalarına aiddir. QAZ-31105 markalı nəqliyyat vasitəsi üçün ilkin qiymət 2 min 200 manat təyin edilsə də, hərrac iştirakçıları arasında rəqabət dövlət əmlakının son qiymətini 5 min 500 manata yüksəldib.

Özəlləşdirməyə çıxarılan dövlət əmlakları ilə tanış olmaq və sifariş vermək istəyən şəxslər rəsmi sayta (emdk.gov.az) və ya Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər. Qeyd edək ki, Elektron hərrac sistemi vasitəsilə keçirilən hərraclara sifarişçilər ilə yanaşı, digər şəxslər də onlayn formada qoşula bilər. Bunun üçün hərrac keçirilən vaxt e-emdk.gov.az portalından “Elektron hərrac” bölməsinə daxil olmaq kifayətdir.