Yanvarın 21-i dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirilib. Hərracda buraxılış tarixi 2004-2007-ci illər olan nəqliyyat vasitələri özəlləşdirilib. Nissan, Mitsubishi və Qaz avtomobil markalarına aid dövlət əmlaklarının özəlləşdirmə qiymətləri 3 min manat ilə 8 min 400 manat arasında olub.
Mitsubishi L 200 markalı avtomobilin hərracında bir neçə nəfərin iştirakı ilə özəlləşdirmə rəqabətli formada baş tutub. İlkin hərrac qiyməti 5 min manat olan bu nəqliyyat vasitəsi 8 min 400 manata özəlləşdirilib.
Keçirilən hərraclara çıxarılan dövlət əmlakları ilə tanış olmaq və iştirak statusu qazanmaq istəyən şəxslər emdk.gov.az saytına və ya Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər. Elektron hərrac sistemi vasitəsilə iştirakçılar və prosesə marağı olan şəxslər özəlləşdirməyə onlayn formada da qoşula bilər.