İstismarına icazə verilmiş binalardakı mənzillərin səyyar formada dövlət qeydiyyatına alınmasına yönələn “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası 24-28 fevral tarixlərində paytaxtın Nizami, Xətai və Binəqədi rayonlarında keçiriləcək.
Səyyar xidmətdən 24 fevralda Nizami rayonu, Özbəkistan küçəsi, 2436-cı məhəllə, 25 fevralda Xətai rayonu, Babək prospekti, Y.Əliyev küçəsi, Nobel prospekti və X.Rüstəmov küçəsinin əhatə etdiyi məhəllə ünvanlarındakı çoxmənzilli bina sakinləri istifadə edəcək. Binəqədi rayonunda davam edən mobil qeydiyyat kampaniyası 26 fevralda M.Ə.Rəsulzadə qəsəbəsi, məhəllə 3024, Eldar Babayev küçəsi, 27 fevralda isə C.Xəndan küçəsi, 3203-cü məhəllədəki binalarda olacaq. 28 fevralda isə qeydiyyat xidməti Xətai rayonu, Mərkəzi bulvar küçəsi 2,2a,2b,2c,2d,2e ünvanında göstəriləcək.
Qeyd edək ki, həftə ərzində qeydiyyat kampaniyası göstərilən ünvanlar üzrə 926 mənzili əhatə edəcək. Xidmətdən istifadə etmək istəyənlər şəxsiyyət vəsiqəsi,  protokoldan çıxarış və maliyyə arayışı kimi ilkin sənədləri mobil qeydiyyat ofisinə təqdim etməlidir