Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun 28 avqust 2015-ci il tarixində Göygöl rayonunda keçirəcəyi vətəndaş qəbulu 14 avqust 2015-ci il tarixinə keçirilmişdir. Qəbulda Göygöl, Gəncə, Samux, Daşkəsən, Şəmkir və Kəlbəcər rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaqdır. Vətəndaş qəbulu saat 11:00-da Göygöl şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcəkdir.
Qəbulda yuxarıda qeyd olunmuş rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaqdır.

Qəbula yazılmaq istəyən vətəndaşlar komitənin office@emdk.gov.az elektron ünvanına yaza və aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:

 

Komitənin Aparatı: (012) 490 24 08 (daxili 105, 102 və 349)
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı ərazi idarəsi: 
(02220) 5-23-75, (022) 265-08-69