Sentyabrın 25-də İqtisadiyyat Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə 27 sentyabr - Anım Gününə və şanlı Qələbəmizin ildönümünə həsr olunmuş mini-futbol çempionatına start verilib.
Turnirdə İqtisadiyyat Nazirliyi Aparatının, strukturuna daxil olan və tabeliyindəki qurumların 45 komandası iştirak edir.
Çempionatın yekununda qaliblərə İqtisadiyyat Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin kuboku, Fəxri Fərman və hədiyyələr təqdim ediləcəkdir.