İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən aprelin 2-də növbəti hərrac təşkil edilib. Hərracda 4 nəqliyyat vasitəsi özəlləşdirilib.

Hərrac rəqabətli keçib. Belə ki, ilkin qiyməti 1.250 manat olan Hyundai Santafe markalı avtomobil 2.830 manata satılıb.

Hərracda özəlləşdirilən əmlakların siyahısı ilə https://clck.ru/39pNG2 linki vasitəsilə tanış olmaq mümkündür.

Növbəti hərraclar 9, 16, 23 və 30 aprel tarixlərində keçiriləcək. Hərraclara 4 səhmdar cəmiyyətinin səhm paketi, 1 kiçik dövlət müəssisəsi və 158 nəqliyyat vasitəsi çıxarılacaq.

İştirak etmək istəyənlər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalında (e-emlak.gov.az) qeydiyyatdan keçməklə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyərək iştirakçı statusu əldə etmək olar.