Aprelin 9-da keçirilən hərraca çıxarılan əmlaklara 91 sifariş qəbul edilib ki, bunlardan 18-i elektron qaydada qeydə alınıb.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən növbəti hərracda 20 nəqliyyat vasitəsi özəlləşdirilib. Rəqabətli keçən hərracda ilkin qiyməti 11 min manat olan “Ford Tranzit” markalı nəqliyyat  vasitəsi 22 min manata satılıb. Start qiyməti 5 min manat olan “Nissan Sunny” markalı nəqliyyat vasitəsi isə 8 min manata özəlləşdirilib.

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə https://bit.ly/3Ji7GcR linki vasitəsilə tanış olmaq olar.

Cari ay üçün növbəti hərraclar 16, 23 və 30 aprel tarixlərində keçiriləcək. Hərraclara 4 səhmdar cəmiyyətinin səhm paketi,  1 kiçik dövlət müəssisəsi və 158 nəqliyyat vasitəsi çıxarılacaq.

İştirak etmək istəyənlər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalında (e-emlak.gov.az) qeydiyyatdan keçməklə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyərək iştirakçı statusu əldə etmək olar.