Əmlak Məsələləri Dövlət Komitəsi ölkədə daşınmaz əmlakın qeydiyyatını sadələşdirməkdə davam edir. Komitənin bu sahədə həyata keçirdiyi tədbirlər və kampaniyalar sayəsində vətəndaşlar və əmlak sahibləri artıq hətta evlərindən çıxmadan qeydiyyat sənədləri ala bilirlər. Belə tədbirlərdən biri - respublikanın ən ucqar ərazilərini də əhatə edən “Kütləvi çıxarış” kampaniyası 01 aprel tarixində Sabunçu rayonunda keçirib. Kampaniya zamanı 100-ə yaxın vətəndaş komitənin mobil ofislərində birbaşa öz ünvanlarındaca qeydiyyat xidmətlərindən faydalanıb.

Budəfəki kampaniya çərçivəsində Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi ilə əlaqədar Pirşağı və Kürdəxanı qəsəbə sakinlərindən dövlət ehtiyacı üçün alınmış və əvəzində verilən yeni torpaq sahələrinə dair 60-a yaxın vətəndaşa çıxarışlar təqdim olunub. Bu, vətəndaşların mülkiyyət hüquqlarının səmərəli təmin olunmasında, əlçatan və rahat şəkildə mülkiyyətin qeydiyyata alınmasında növbəti mühüm addımdır. Həmçinin, 40-a yaxın sakindən ilkin mülkiyyət sənədləri qəbul edilib.

Eyni zamanda, kampaniyada “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanuna əsasən vətəndaşların mülkiyyət hüquqlarını təsdiq edən ilkin sənədlər əsasında onlara çıxarışlar verilib. Belə sənədlərə mənzillərə dair orderlər, aktlar, mülkiyyət barədə qeydiyyat vəsiqələri, torpaq sahəsinə dair sovet dövründə sovxoz və kolxozlar tərəfindən verilmiş əmrlər və digər hüquqi sənədlər aiddir.

Kampaniya çərçivəsində qeydiyyat orqanının əməkdaşları mobil ofislər vasitəsilə (ayrılmış xüsusi nəqliyyat vasitələrində) birbaşa vətəndaşların yaşadığı ünvanlarda qeydiyyat sənədlərini qəbul edirlər və hazır çıxarışları sahiblərinə təqdim edirlər. Bütün bunlar əlçatanlığı artırmaqla vətəndaş məmnunluğunun yüksəlməsinə səbəb olmaqdadır.

Tədbir zamanı vətəndaşlara bildirilib ki, Əmlak Məsələləri Dövlət Komitəsi yaxın zamanda başladığı yeni hüquqi məsləhət xidmətini hazırda davam etdirir. İstənilən vətəndaş daşınmaz əmlakla bağlı rəsmi əməliyyat aparmazdan qabaq bir ünvana – birbaşa Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrinə müraciət edib təmənnasız olaraq hüquqi yardım ala bilirlər. Onların qeydiyyat, prosedurlar və zəruri sənədlərlə bağlı istənilən sualları cavablandırılır və istiqamət verilir. Bu xidmətdə başlıca məqsəd daşınmaz əmlakın qeydiyyatı ilə bağlı qanunvericilik və prosedurlar barədə vətəndaşları maarifləndirmək və göstərilən xidmətləri daha da sadələşdirməkdir.

Həmçinin vətəndaşlara dövlət başçısının tapşırığına əsasən ölkədə Torpaqların Elektron Kadastr Uçotu Sisteminin qurulması və rəqəmsal kadastr xəritələrinin yaradılması barədə də məlumat verilib. Bildirilib ki, mülkiyyət növündən asılı olmayaraq bütün kateqoriyalı torpaqların elektron uçotu aparılır. Sistem özündə torpaqların dəqiq sərhədləri, koordinatları, mülkiyyət mənsubiyyəti, kateqoriyası, mühafizə zonaları, kadastr xəritələri, keyfiyyət və iqtisadi göstəricilər və digər məlumatlar əksini tapacaq. Torpaqların sənəd və faktiki göstəriciləri arasındakı uyğunsuzluqlar, həmçinin şəhər və rayonlarda zəbt olunan ərazilər müəyyən ediləcək. Torpaq ehtiyatlarının elmi əsaslarla idarə edilməsi, münbitliyinin bərpası və qorunması təmin ediləcək. Torpaqların istifadəsinə vahid dövlət nəzarəti güclənəcək, torpaq idarəçiliyində iqtisadi mexanizmlər daha da təkmilləşəcək. Elektron uçot sistemi aqrar sahənin inkişafına təkan verəcək, yeni sahələr kənd təsərrüfatı dövriyyəsinə cəlb olunacaq.

Əmlak Məsələləri Dövlət Komitəsi torpaq ehtiyatlarından səmərəli, məqsədli və qənaətli istifadənin təmin edilməsi istiqamətində tədbirləri də davam etdirir. Bakı və regionlarda mütəmadi monitorinqlər aparılır. Monitorinqlərin məqsədi torpaqların təyinatdan kənar və əsassız istifadə edilməsi, özbaşına zəbt olunması, qanunsuz tikintilərin aparılması hallarını müəyyən etməkdir. 2016-cı ildə torpaq müfəttişləri tərəfindən 480-dən çox qanunvericiliyin tələblərinin pozulması halları aşkar edilib. Həmin pozuntularla bağlı qanunvericiliyə əsasən inzibati tədbirlər görülüb, cərimə və ya sanksiyalar tətbiq edilib.

Qeyd olunub ki, bu tədbirlərlə yanaşı Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın fərdi və ya kütləvi qaydada qiymətləndirilməsi xidmətlərini də təklif edir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrinə müraciət etməklə xidmətdən istifadə etmək mümkündür. Eyni zamanda, komitə tərəfindən indiyədək Sumqayıt, Quba və Xaçmazda daşınmaz əmlakların kütləvi qiymətləndirilməsi layihəsi həyata keçirilib. Belə ki, hər üç rayon üzrə bütövlükdə 150 mindən çox daşınmaz əmlakın qiymətləndirilməsi aparılıb.