Əmlak Məsələləri Dövlət Komitəsinin analitik informasiya bülleteni olan “Daşınmaz Əmlak” jurnalının 62 və 63-cü sayları nəşr olunub. Jurnal komitənin fəaliyyət sahələri üzrə həyata keçirdiyi tədbirlər, tətbiq etdiyi yenilikləri əhatə edir. Torpaq idarəçiliyi və daşınmaz əmlaka dair ölkə daxilində və xaricində ən mühüm xəbərlər, hüquqi və iqtisadi dəyişikliklər, xarici ölkələrin daşınmaz əmlak sahəsində təcrübəsi barədə maraqlı yazıları özündə əks etdirir. Bu dəfəki saylarda ölkədə yaradılan Torpaqların Elektron Kadastr Uçotu Sistemi, torpaqların istifadəsi və mühafizəsi, həyata keçirilən kadastr layihələri, daşınmaz əmlakın fərdi qiymətləndirilməsi xidməti, “Kütləvi çıxarış” kampaniyaları və digər ictimaiyyətə maraqlı mövzular barədə yazılar yer alıb.

Həmçinin, jurnalda daşınmaz əmlak bazarının dinamikası, maliyyə və tikinti xidmətləri, daşınmaz əmlaka dair reytinqlər, təhlillər və statistik diaqramlar verilir. Habelə, daşınmaz əmlakın sosial-iqtisadi əhəmiyyəti barədə məlumatlar, yaşayış və qeyri-yaşayış sahələrinin tikintisi haqqında faydalı məsləhətlər, daşınmaz əmlakla bağlı sual-cavablar da əksini tapır.

Jurnal geniş kütlə üçün nəzərdə tutulub. Media nümayəndələri jurnala istinad edərək komitənin fəaliyyəti barədə müxtəlif məlumatlardan istifadə edə və paylaşa bilər. Əlavə məlumat almaq üçün isə komitənin İctimaiyyətlə əlaqələr şöbəsi ilə əlaqə saxlaya bilərlər:

(012) 490 24 08 (daxili 111).

        

Jurnalın elektron versiyaları ilə aşağıdakı linklərdə tanış ola bilərsiniz:

 http://www.emdk.gov.az/images/pdf/Jurnal/n62.pdf

 http://www.emdk.gov.az/images/pdf/Jurnal/jurnal63.pdf