Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun İsmayıllı rayonunda keçirəcəyi vətəndaş qəbulunun tarixi dəyişdirilərək 30 aprel 2016-cı il tarixinə keçirilmişdir. Qəbulda iştirak etmək üçün yalnız İsmayıllı, Qəbələ və Oğuz rayonlarından olan vətəndaşlar müraciət edə bilər.

Vətəndaş qəbulunda müstəsna olaraq komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaqdır.

Qəbula yazılmaq istəyən vətəndaşlar komitənin office@emdk.gov.az elektron ünvanına yaza və aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:

Komitənin Aparatı: (012) 490 24 08 (daxili 105 və 349)

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı ərazi idarəsi:

(02028) 5 35 05, (02420) 5 28 68, (02421) 5 37 16