Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsində 02 may 2016-cı il tarixindən etibarən Daşınmaz Əmlakın Qeydiyyatı, Kadastrı və İdarəedilməsi Sistemi istismara verilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin informasiya sistemləri ilə məlumat mübadiləsi həyata keçirən qurumlardan yeni sistemin istismarı prosesində baş verə biləcək hər hansı xətalarla bağlı Komitənin İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzinin (012) 565-41-96 nömrəli çağrı mərkəzinə müraciət etmələri xahiş olunur.