Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin ƏMDK) sədri Kərəm Həsənov mayın 27-də Yardımlı rayonunda vətəndaşları qəbul edəcək. Yardımlı, Masallı, Cəlilabad və Biləsuvar rayonlarında yaşayan vətəndaşlar qəbul ediləcək və yalnız komitənin fəaliyyət sahələrinə aid müraciətlərə baxılacaq.

Qəbula yazılmaq istəyən vətəndaşlar komitənin office@emdk.gov.az elektron ünvanına müraciət edə bilərlər. Eyni zamanda, Komitənin Aparatı: (012) 490 24 08 (daxili 105 və 349); Daşınmaz Əmlakın Dövlət Reyesti Xidmətinin 8 saylı ərazi idarəsi: (02524) 5 54 76, (02520) 6 20 55  nömrələri ilə əlaqə saxlamaq mümkündür.