«Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı»nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

«Dövlət əmlakının özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun icrasını təmin etmək, iqtisadiyyatda aparılan struktur islahatlarını, sahibkarlığın inkişafını və sağlam rəqabət mühitinin formalaşdırılmasını sürətləndirmək, iqtisadiyyata investisiyalar cəlb etmək yolu ilə onun səmərəliliyinin artırılmasına nail olmaq məqsədi ilə qərara alıram:

1. «Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı» təsdiq edilsin (əlavə olunur).
3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın:
n iki ay müddətində «Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı»nın həyata keçirilməsi prosesində yol verilmiş qanun pozuntularının aradan qaldırılması və təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi üçün qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görsün və bu barədə Azərbaycan Respublikasının Prezidentinə ətraflı məlumat versin; 
n «Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı»na uyğun olaraq özəlləşdirilməyə açıq elan edilmiş, lakin özəlləşdirilməsi başa çatmamış müəssisə və obyektlərin II Dövlət Proqramı çərçivəsində özəlləşdirilməsi barədə təkliflərini hazırlayıb bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 
Nazirlər Kabinetinin və müvafiqn mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının II Dövlət Proqramının tələblərinə uyğunlaşdırılması üçün təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 
bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.n 
4. Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi:
n dövlət özəlləşdirmə paylarının (çeklərinin) və dövlət özəlləşdirmə opsionlarının istifadəsi üçün qanunvericilik çərçivəsində lazımi şərait yaratsın; 
öz səlahiyyətləri daxilində «Azərbaycann Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı»nın icrasını təmin edən digər tədbirlər həyata keçirsin. 

Heydər ƏLIYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 avqust 2000-ci il
№ 383

 

Azərbaycan Respublikası Prezidentinin
2000-ci il 10 avqust tarixli,
383 nömrəli Fərmanı ilə
təsdiq edilmişdir
Azərbaycan Respublikasında
dövlət əmlakının özəlləşdirilməsinin
II Dövlət Proqramı


Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı (bundan sonra — II Dövlət Proqramı) «Dövlət əmlakının özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq, habelə son illər ölkədə həyata keçirilmiş özəlləşdirmənin təcrübəsi nəzərə alınaraq işlənib hazırlanmışdır.
II Dövlət Proqramının əsas məqsədi:
n «Dövlət əmlakının özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq dövlət əmlakının özəlləşdirilməsini həyata keçirməkdən; 
iqtisadiyyatın strukturununn təkmilləşdirilməsi və rəqabət mühitinin formalaşdırılması əsasında milli iqtisadiyyatın səmərəliliyini yüksəltməkdən; 
bazar münasibətlərinin iqtisadi əsası kimi özəl mülkiyyətçilər təbəqəsini genişləndirməkdən;n 
iqtisadiyyata investisiyalar, o cümlədən xarici investisiyalar cəlb etmək yolu ilə onun inkişafına nail olmaqdan;n 
n dövlət əmlakını dövlət özəlləşdirmə çeklərinə satmaqla özəlləşdirmə prosesinə əhalinin maksimum geniş təbəqələrini cəlb etməkdən; 
In Dövlət Proqramı çərçivəsində özəlləşdirmə üçün açıq elan edilmiş müəssisə və obyektlərin özəlləşdirilməsini başa çatdırmaqdan ibarətdir. 
II Dövlət Proqramı müəssisə və obyektlərinin özəlləşdirmə baxımından təsnifatını, dövlət əmlakının özəlləşdirilməsi üsullarının seçilməsi qaydasını, dövlət özəlləşdirmə paylarının (çeklərinin) və dövlət özəlləşdirmə opsionlarının istifadə olunması qaydasını, özəlləşdirilən dövlət müəssisələrində əmək kollektivinə verilən güzəştləri, özəlləşdirilən müəssisə və obyektlərin, fiziki və ya qeyri-dövlət hüquqi şəxslərin vəsaiti hesabına inşa edilmiş obyektlərin yerləşdiyi torpaq sahələrinin satılmasını, özəlləşdirmə prosesində yerli və xarici investorların (alıcıların) iştirakı qaydasını, özəlləşdirmə zamanı qoyulan məhdudiyyətləri, özəlləşdirilən dövlət əmlakının haqqının ödənilməsi qaydasını, müəssisələrin özəlləşdirməqabağı restrukturizasiyasını, sağlamlaşdırılmasını və özəlləşdirilmiş müəssisələrin dəstəklənməsini, özəlləşdirmə prosesinin informasiya-metodiki təminatını, dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı digər məsələləri müəyyən edir.

1. Ümumi müddəalar 

1.1. II Dövlət Proqramının baş icraçısı və onun həyata keçirilməsi ilə bağlı müvafiq dövlət orqanlarının fəaliyyətini əlaqələndirən orqan Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsidir (bundan sonra — Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi).
1.2. Dövlət əmlakının özəlləşdirilməsi prosesinə dövlət nəzarətini Özəlləşdirməyə Nəzarət üzrə Dövlət Komissiyası (bundan sonra — Dövlət Komissiyası) həyata keçirir.
Dövlət Komissiyası özəlləşdirmə prosesinə nəzarət edir və qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlər daxilində qərar qəbul edir.
Dövlət Komissiyasının tərkibi, onun vəzifələri və səlahiyyətləri Dövlət Komissiyası haqqında Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq olunan Əsasnamə ilə müəyyən olunur.
1.3. Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, onların altında yerləşən torpaq sahələrinin, habelə fiziki və qeyri-dövlət hüquqi şəxslərin vəsaiti hesabına inşa edilən obyektlərin yerləşdiyi torpaq sahələrinin qiymətləndirilməsi Azərbaycan Respublikasının müvafiq normativ-hüquqi aktlarına uyğun olaraq həyata keçirilir.
1.4. Dövlət müəssisələrinin səhmdar cəmiyyətlərə çevrilməsi və onların həmin müəssisələrdə çalışan işçilərin hüquqları, habelə əhalinin sosial müdafiəsi II Dövlət Proqramına və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına müvafiq olaraq təmin edilir.
1.5. Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinə dair qanunvericilik aktlarına uyğun olaraq ölkə vətəndaşlarına paylanılmış dövlət özəlləşdirmə payları (çekləri) 2008-ci il yanvar ayının 1-dək tədavüldədir.
1.6. Özəlləşdirmə çekləri tədavüldən çıxarıldığı andan ixtisaslaşdırılmış çek hərracları və dövlət müəssisələrinin işçilərinə güzəştlə satılmaq üçün nəzərdə tutulmuş, lakin satılmamış səhm və ya hissələr ixtisaslaşdırılmış pul hərraclarında satılır.
1.7. Müəssisənin özəlləşdirmə planı təsdiq edildiyi andan əmək kollektivinə güzəştli satış başlayana qədər onun strukturunun və ştat cədvəlinin dəyişdirilməsi və işçilərin ixtisarı qadağandır.

2. Dövlət əmlakının özəlləşdirmə baxımından təsnifatı 

«Dövlət əmlakının özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq dövlət mülkiyyətində olan əmlak özəlləşdirmə baxımından aşağıdakı kimi təsnifatlaşdırılır:
özəlləşdirilməsi qadağan olunan əmlak;n 
özəlləşdirilməsi barədə qərar qəbul edilən anadək dövlət mülkiyyətində saxlanılann əmlak; 
Azərbaycan Respublikası Prezidentinin qərarı ilə özəlləşdirilən əmlak;n 
Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin qərarı ilə özəlləşdirilən əmlak.n 

2.1. Özəlləşdirilməsi qadağan olunan əmlak 

Özəlləşdirilməsi qadağan olunan əmlakın siyahısı «Dövlət əmlakının özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.
Özəlləşdirmə haqqında qanunvericilik aktlarında göstərilən hallardan başqa özəlləşdirmə sahəsində məhdudiyyətlərin qoyulmasına yol verilmir.

2.2. Azərbaycan Respublikası Prezidentinin qərarı ilə özəlləşdirilən müəssisə və obyektlər 

2.2.1. Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının dövlət mülkiyyətində olan obyektlər.
2.2.2. Mülki müdafiə və səfərbərlik təyinatlı obyektlərə xidmət edən müəssisə və obyektlər.
2.2.3. Dövlət mülkiyyətində olan sosial-mədəni təyinatlı müəssisə və obyektlər.
2.2.4. Xalq bədii sənət müəssisələri, «Azərkinovideo» Istehsalat Birliyinin müəssisə və obyektləri.
2.2.5. Azərbaycan Respublikası Elmlər Akademiyasının kommersiya prinsipləri əsasında (təsərrüfat hesabı) fəaliyyət göstərən müəssisə və obyektləri.
2.2.6. Dövlət mülkiyyətində olan təhsil müəssisələri (dövlət icbari ümumi orta təhsil müəssisələri istisna olmaqla).
2.2.7. Dövlət səhiyyə müəssisə və obyektləri (özəlləşdirilməsi qadağan olunan və II Dövlət Proqramının 2.3.19-cu bəndində göstərilən müəssisə və obyektlər istisna olmaqla).
2.2.8. Tibb sənayesi (əczaçılıq və tibbi-bioloji preparatlar sənayesi müəssisə və obyektləri daxil olmaqla) müəssisə və obyektləri (özəlləşdirilməsi qadağan olunan səhiyyə müəssisələri və obyektləri istisna olmaqla).
2.2.9. Şəhər və rayonların mühəndis-infrastruktur obyektləri (o cümlədən elektrik, istilik, qaz təchizatı, su və kanalizasiya təsərrüfatı, şəhər işıqlandırılması), habelə göstərilən obyektləri istismar edən, xidmət göstərən və saxlayan müəssisələr.
2.2.10. Su təsərrüfatı və meliorasiya sistemi qurğuları (dövlət əhəmiyyətli meliorasiya və irriqasiya qurğuları istisna olmaqla), onların istismarı üzrə müəssisə və obyektlər.
2.2.11. Limanlar, liman qurğuları və obyektləri.
2.2.12. Ixtisaslaşdırılmış soyuducular, dövlət ehtiyatlarının daimi yerləşdirilməsini təmin edən və səfərbərlik ehtiyatlarını saxlayan anbar təsərrüfatı obyektləri.
2.2.13. Yanacaq-energetika kompleksi müəssisə və birlikləri, o cümlədən elektroenergetika, neft, təbii qaz çıxaran və emal edən müəssisələr, neft və neft məhsullarının satış bazaları.
2.2.14. Ümummilli əhəmiyyətə malik qaz təsərrüfatı müəssisə və obyektləri, habelə onlara xidmət edən təşkilatlar.
2.2.15. Kimya, neft-kimya və biokimya müəssisələri.
2.2.16. Rabitə müəssisələri, dövlət informasiya və teleqraf agentlikləri.
2.2.17. Televiziya və radioötürücü mərkəzlər.
2.2.18. Hava, dəniz və çay nəqliyyatı müəssisələri.
2.2.19. Qara və əlvan metallurgiya, maşınqayırma və metal emalı sənayesi, o cümlədən təkrar metal emalı müəssisə və obyektləri.
2.2.20. Poliqrafiya müəssisələri və nəşriyyatlar.
2.2.21. Balıqçılıq, damazlıq və cins toxumçuluq təsərrüfatları.
2.2.22. Dövlət əhəmiyyətli tikinti və tikinti materialları sənayesi müəssisə və obyektləri.
2.2.23. Əmtəə, iş və xidmət bazarında inhisarçı olan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə özəlləşdirilməsi qadağan edilməyən və II Dövlət Proqramının 2.3-cü bölməsinə daxil edilməyən bütün müəssisə və obyektlər.
2.2.24. Təsərrüfat hesablı elmi-tədqiqat, layihə, layihə-axtarış təşkilatları və müəssisələri.
2.2.25. Dövlət kommersiya bankları və sığorta təşkilatları.
Bu bölmədə göstərilən müəssisə və obyektlərin özəlləşdirilməsi barədə qərar Azərbaycan Respublikası Nazirlər Kabinetinin (bundan sonra — Nazirlər Kabineti) təqdimatı ilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul edilir.

2.3. Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin qərarı ilə özəlləşdirilən müəssisə və obyektlər 

2.3.1. Topdansatış və pərakəndə ticarət müəssisə və obyektləri (o cümlədən istehsal-texniki təyinatlı məhsullar satan müəssisə və obyektlər).
2.3.2. Ictimai iaşə və məişət xidməti müəssisələri və obyektləri (idarə tabeli açıq pərakəndə ticarət, ictimai iaşə və xidmət obyektləri daxil olmaqla).
2.3.3. Xarici ticarət birlikləri və dövlət təchizatının topdansatış müəssisələri.
2.3.4. Tikinti və təmir tikinti idarələri, inşaat materialları sənayesi müəssisə və obyektləri (dövlət əhəmiyyətli tikinti və tikinti materialları sənayesi müəssisə və obyektləri istisna olmaqla), yerli sənaye kombinatları.
2.3.5. Tikintisi dondurulmuş obyektlər, tikintisinin normativ müddətləri ötmüş və tikintisi başa çatdırılmamış obyektlər.
2.3.6. Yeyinti sənaye müəssisələri.
2.3.7. Şərab, şampan və konyak zavodları, pambıqtəmizləmə zavodları, tütün fermentləşdirici fabriklər və tütün kombinatları, çay və çayçəkici fabrikləri.
2.3.8. Çörək və çörək məhsulları, qarışıq yem və qida konsentratları istehsalı üzrə müəssisələr.
2.3.9. Kənd təsərrüfatı istehsalına xidmət edən və onu istehsal texniki təyinatlı məhsullarla təmin edən müəssisələr.
2.3.10. Yüngül sənaye müəssisələri.
2.3.11. Ağac emalı və kağız-sellüloz sənaye müəssisə və obyektləri, tara istehsalı və qablaşdırma müəssisələri də daxil olmaqla.
2.3.12. Yun emalı müəssisələri.
2.3.13. Avtomobil nəqliyyatı müəssisələri.
2.3.14. Ümumi istifadədə olan yolları təmir edən və xidmət göstərən müəssisələr.
2.3.15. Hamamlar və camaşırxanalar.
2.3.16. Mərasim xidmətləri göstərən müəssisə və obyektlər.
2.3.17. Lombardlar.
2.3.18. Turizm təşkilatları.
2.3.19. Apteklər və aptek bazaları (anbarları), tibb texnikası bazaları.
2.3.20. Zibil emalı zavodları və stansiyaları.
2.3.21. Icarəyə verilmiş dövlət əmlakı (özəlləşdirilməsi qadağan olunan müəssisələrin əmlakı, habelə ərazi və texnoloji cəhətdən müəssisədən ayrı özəlləşdirilməsi mümkün olmayan əmlak istisna olmaqla).
2.3.22. Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan qeyri-yaşayış sahələri, habelə yaşayış binalarında yerləşən dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələri.
2.3.23. Sanatoriya-kurort və mehmanxana təsərrüfatı müəssisə və obyektləri, idarə tabeçiliyindən asılı olmayaraq qonaq evləri.
2.3.24. Neft və neft məhsullarının pərakəndə satışı üzrə müəssisə və obyektlər.
2.3.25. Hüquqi varisi müəyyən edilmədən ləğv olunmuş dövlət müəssisə və təşkilatlarının əmlakı.

3. Dövlət müəssisələrinin həcm ölçülərinə görə qruplaşdırılması 

3.1. Dövlət müəssisələri işçilərin sayına görə kiçik, orta və iri müəssisələr üzrə qruplaşdırılaraq özəlləşdirilir.
3.2. Özəlləşdirmənin paralel keçirilən iki əsas forması müəyyən edilir:
kiçik müəssisələrin özəlləşdirilməsi;n 
orta və iri müəssisələrin özəlləşdirilməsi.n 
3.3. Özəlləşdirilən dövlət müəssisələri kiçik, orta və iri müəssisələr qrupuna aid edilməklə aşağıdakı kimi qruplaşdırılır:


Sıra №-si

Sahə mənsubiyyəti

Işçilərin sayına görə qruplaşdırma (nəfərlə)

Kiçik

Orta

Iri

1.

Sənaye

50-dək

50—150

150-dən çox

2.

Tikinti

50-dək

50—100

100-dən çox

3.

Nəqliyyat və rabitə

50-dək

50—100

100-dən çox

4.

Elmi-texniki

30-dək

30—75

75-dən çox

5.

Ticarət, xidmət və s.

25-dək

25—50

50-dən çox



4. Dövlət əmlakının özəlləşdirilməsi üsulları 

4.1. Dövlət əmlakının özəlləşdirilməsi aşağıdakı üsullarla həyata keçirilir:
dövlət müəssisələrinin fərdi layihələr üzrə özəlləşdirilməsi;n 
n özəlləşdirilən dövlət müəssisələrinin əmlakının əmək kollektivi üzvlərinə və onlara bərabər tutulan şəxslərə (bundan sonra işçilər) güzəştli satışı; 
dövlət əmlakının ixtisaslaşdırılmış çek və pul hərraclarında satışı;n 
dövlət əmlakının hərraclar vasitəsi ilə satışı;n 
dövlət əmlakının investisiya müsabiqələri vasitəsilə satışı;n 
icarəyə verilmiş dövlət əmlakının satışı;n 
dövlət müəssisələrinin müflis elan olunması yolu ilə satışı.n 
4.2. Dövlət əmlakının özəlləşdirilməsinin üsulları II Dövlət Proqramına uyğun olaraq dövlət əmlakının özəlləşdirilməsi barədə qərar qəbul edən Azərbaycan Respublikasının Prezidenti və ya Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən müəyyən edilir.
4.3. Dövlət müəssisələri özəlləşdirilərkən həmin müəssisələrdə çalışan işçilərin hüquqları və onların sosial müdafiəsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq təmin edilir.
4.4. Özəlləşdirilən dövlət müəssisələrinin işçilərinin həmin müəssisənin əmlakının və ya səhmlərinin 15%-ni güzəştli şərtlə almaq hüququ vardır.
Güzəştlərin verilməsi və müəssisə işçilərinin özəlləşdirmədə iştirakı II Dövlət Proqramında nəzərdə tutulmuş qaydalara uyğun tənzimlənir.

4.1. Dövlət müəssisələrinin fərdi layihələr üzrə özəlləşdirilməsi
 

4.1.1. Ölkə iqtisadiyyatı üçün böyük əhəmiyyət kəsb edən dövlət müəssisə və obyektləri fərdi layihələr üzrə özəlləşdirilir və bu zaman həmin müəssisəyə strateji investor cəlb etmək məqsədi ilə satışa onun səhmlərinin 51%-i və ya daha çox hissəsi çıxarılır.
4.1.2. Fərdi layihələr üzrə dövlət müəssisələrinin özəlləşdirilməsi qaydaları, həmin müəssisələrin siyahısı və səhmlərinin satışı nisbəti Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir.
4.1.3. Fərdi layihələr üzrə özəlləşdirmə prosesində Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi maliyyə məsləhətçisi cəlb edə bilər.

4.2. Özəlləşdirilən dövlət müəssisələrinin əmlakının işçilərə güzəştli satışı 

4.2.1. Özəlləşdirmə prosesində dövlət müəssisələrinin əmək kollektivinin üzvlərinə və onlara bərabər tutulan şəxslərə «Dövlət əmlakının özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aşağıdakılar aid edilir:
əsas iş yeri həmin müəssisə hesab edilən işçilər;n 
n Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq, həmin müəssisədə əvvəlki iş yerinə qayıtmaq hüququ olan şəxslər; 
özəlləşdirilən müəssisədə 7 (yeddi) ildən çox çalışmış və həmin müəssisədən təqaüdə çıxmış şəxslər;n 
n 1995-ci il 1 yanvar tarixindən sonra işçilərin sayı və ya ştatların ixtisarı nəticəsində işdən azad olunmuş və işsiz statusu almış şəxslər. 
4.2.2. Dövlət müəssisələrinin çevrilməsi nəticəsində yaranmış səhmdar cəmiyyətlərinin səhmlərinin 15%-i və ya kiçik müəssisə kimi özəlləşdirilən müəssisə və obyektlərin ilkin (start) qiymətinin 15%-i digər səhmlərin və hissələrin satışı üsulundan asılı olmayaraq işçilərə birbaşa güzəştli satışa yönəldilir.
4.2.3. Dövlət əmlakının (səhmlərin və ya hissələrin) güzəştli satışı həmin əmlakın özəlləşdirmə çeklərinə dəyişdirilməsini nəzərdə tutur.
4.2.4. Dövlət müəssisələrinin çevrilməsi nəticəsində yaranmış səhmdar cəmiyyətlərinin səhmlərinin işçilərə güzəştli satışı aşağıdakı qaydada həyata keçirilir:
müəssisənin özəlləşdirmə komissiyası tərəfindən səhmləri satın almaq hüququ olan şəxslərin tam siyahısı tərtib edilir;n 
n işçilərin hər birinin özəlləşdirmə komissiyasına təqdim edəcəkləri özəlləşdirmə çeklərinin sayı müəyyənləşdirilir. Bu məqsədlə son 2 çek hərracında satılmış dövlət əmlakının dəyəri həmin hərraclarda təqdim edilmiş özəlləşdirmə çeklərinin sayına bölünməklə bir özəlləşdirmə çekinin qiyməti müəyyən edilir. Güzəştli satışa çıxarılmış səhmlərin məcmu nominal dəyərini bir çekin qiymətinə bölməklə hər bir işçinin bərabər sayda təqdim edəcəkləri çeklərin sayı müəyyən edilir. Hesablamalar zamanı yuvarlaqlaşdırmalar ümumi qaydada həyata keçirilir; 
n güzəştli satış özəlləşdirmə haqqında Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən rəsmi elan olunmuş gündən etibarən 25 gün ərzində həyata keçirilir və özəlləşdirmə komissiyası tərəfindən təqdim edilmiş sənədlər əsasında güzəştli satışın yekunlarına əsasən satılmış səhmlərin sayı müəyyən edilir; 
güzəştli satışan çıxarılan səhmlərin əmək kollektivinin güzəştli satışda iştirak etməmiş və qismən iştirak etmiş üzvlərinin sayına mütənasib hissəsi Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin qərarı ilə özəlləşdirmə planına uyğun olaraq digər satış üsulları ilə özəlləşdirilir; 
n müəssisənin özəlləşdirmə komissiyasının təqdim etdiyi sənədlər əsasında güzəştli satışın yekunlarını təsdiq etmək üçün həmin satışda iştirak etmiş şəxslərin ümumi yığıncağı keçirilir və müvafiq yekun sənədləri Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə təqdim edilir. 
4.2.5. Kiçik müəssisə və obyektlər özəlləşdirildikdə işçilərə güzəştli satış aşağıdakı qaydada həyata keçirilir:
vəkil olunmuş şəxs tərəfindən güzəştli satışda iştirak etmək hüququ olan şəxslərin tam siyahısı tərtib edilir;n 
işçilərin hər biri vəkil olunmuş şəxsə bir özəlləşdirmə payı təqdim edir;n 
n güzəştli satış özəlləşdirmə haqqında Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən rəsmi elan olunan gündən etibarən 25 gün ərzində həyata keçirilir və vəkil olunmuş şəxs tərəfindən təqdim edilmiş sənədlər əsasında güzəştli satışın yekunlarına əsasən bölüşdürülmüş hissə müəyyən edilir; 
güzəştli satışa çıxarılann əmlakın əmək kollektivinin güzəştli satışda iştirak etməmiş üzvlərinin sayına mütənasib hissəsi (bütünlükdə əmək kollektivi üzvləri və onlara bərabər tutulan şəxslər güzəştli satışdan imtina etdiyi halda hissələrin hamısı) Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin qərarı ilə özəlləşdirmə planına uyğun olaraq digər satış üsulları ilə özəlləşdirilir; 
vəkil olunmuş şəxsin təqdim etdiyi sənədlərn əsasında güzəştli satışın yekunlarını təsdiq etmək üçün həmin satışda iştirak etmiş şəxslərin ümumi yığıncağı keçirilir və müvafiq yekun sənədləri Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə təqdim edilir. 
4.2.6. Sənədlər Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən qəbul edildikdən sonra təqdim edilmiş özəlləşdirmə çekləri özəlləşdirmə komissiyasının sədrinin (vəkil edilmiş şəxsin) iştirakı ilə silinir. Özəlləşdirmə çeklərinin silinməsi onların sağ tərəfindəki kötüklərinin (dəlik edilmiş hissələrin) kəsilməsi yolu ilə həyata keçirilir.
4.2.7. Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi təsdiq edilmiş yekun sənədlərin əsasında işçilərə müvafiq sayda səhmlərə (kiçik müəssisə və obyektlər özəlləşdirildikdə müvafiq hissələrə) mülkiyyət hüququnu təsdiq edən bildiriş verir.
4.2.8. Kiçik müəssisə və obyektlərin satışı üzrə hərracın qalibi əmək kollektivi olduqda, güzəştli satışın yekunlarına əsasən işçilərin mülkiyyət hüququ, hərracın nəticələrinə görə verilən mülkiyyət hüququ haqqında şəhadətnamədə öz əksini tapır.

4.3. Dövlət əmlakının ixtisaslaşdırılmış çek və pul hərraclarında satışı 

4.3.1. Dövlət əmlakının ixtisaslaşdırılmış çek və pul hərraclarında satışı özəlləşdirmə prosesində yaradılmış səhmdar cəmiyyətlərin səhmlərinin və ya səhm zərflərinin sifarişlər əsasında alıcılara satışıdır.
4.3.2. Ixtisaslaşdırılmış çek və pul hərraclarında sifarişlər 1-ci növ və 2-ci növ sifariş formasında təqdim edilir.
Ixtisaslaşdırılmış çek hərracında bir özəlləşdirmə çekinə düşəcək səhm üçün sifarişçi tərəfindən minimum hədd qoyulmadıqda sifariş 1-ci növ, belə hədd qoyulduqda isə 2-ci növ sifariş adlanır.
Ixtisaslaşdırılmış pul hərracında 1-ci növ sifarişçi ödədiyi məbləğə görə düşəcək səhmlərin miqdarına aşağı hədd qoymur, 2-ci növ sifarişçi isə almaq istədiyi səhmlərin minimum miqdarının həddini sifarişində göstərir.
4.3.3. Ixtisaslaşdırılmış çek və pul hərraclarının keçirilməsi qaydaları Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir.

4.4. Dövlət əmlakının hərraclar vasitəsilə satışı 

4.4.1. Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı özəlləşdirilən əmlakın onun barəsində alıcıdan hər hansı bir şərtin yerinə yetirilməsi tələb olunmadan özəlləşdirmədə alıcı kimi tanınan fiziki və hüquqi şəxslərin mülkiyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada pul müqabilində özgəninkiləşdirilməsidir.
Bu zaman əmlak üzərində mülkiyyət hüququ hərracın gedişində maksimum qiymət təklif etmiş alıcıya verilir.
4.4.2. Dövlət əmlakının satışı üzrə keçirilən ilk iki hərracda sifariş verilmədikdə (və ya əmlak satılmadıqda) Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən üçüncü hərracda həmin əmlakın start qiyməti ilkin start qiymətinin 10%-i həcmində, dördüncü hərracda ilkin start qiymətinin 25%-i həcmində, beşinci hərracda ilkin start qiymətinin 50%-i həcmində aşağı salına bilər. Bu qaydada satılmayan dövlət müəssisələri müəyyən olunmuş qaydada ləğv edilir və onların əmlakı (tikili, avadanlıq, qurğu və s.) ayrı-ayrılıqda yuxarıda göstərilən qaydada hərrac vasitəsi ilə satılır.
4.4.3. Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı qaydaları Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir.

4.5. Dövlət əmlakının investisiya müsabiqələri vasitəsi ilə satışı 

4.5.1. Dövlət əmlakının investisiya müsabiqəsi vasitəsi ilə özəlləşdirilməsi zamanı dövlət əmlakı barəsində investisiya proqramının yerinə yetirilməsi tələb olunur. Investisiya proqramına dair iqtisadi, sosial və ekoloji şərtlər müvafiq olaraq Azərbaycan Respublikasının Prezidenti və ya Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən müəyyən edilir. Investisiya müsabiqəsinin qalibi investisiya proqramının şərtləri daxilində investisiyanın maksimum həcmini və onun səmərəli qoyuluşunu özündə əks etdirən investisiya proqramı təqdim edən hesab olunur.
4.5.2. Müsabiqənin qalibinə (alıcıya) özəlləşdirilən əmlak üzərində mülkiyyət hüququ yalnız müsabiqənin tələbləri yerinə yetirildikdən sonra keçir. Müsabiqə tələblərinin alıcı tərəfindən yerinə yetirilməməsi həmin əmlakın alıcıya müsabiqə vasitəsi ilə satılması barədə bağlanmış müqaviləyə qanunvericiliklə müəyyən edilmiş qaydada xitam verilməsinə əsasdır.
Müsabiqənin qalibi özəlləşdirilən dövlət əmlakı üzərində mülkiyyət hüququ ona keçənədək həmin əmlakı özgəninkiləşdirə və ya onun barəsində digər şəkildə sərəncam verə bilməz. Müsabiqə vasitəsi ilə özəlləşdirilən dövlət əmlakı üzərində mülkiyyət hüququnun alıcıya keçəcəyi anadək həmin əmlaka münasibətdə sahiblik, istifadə hüququ və digər münasibətlər Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə alıcı arasında qanunvericiliyə müvafiq olaraq bağlanan alqı-satqı müqaviləsi ilə tənzimlənir.
4.5.3. müsabiqədə xarici investorların iştirakı qaydaları müsabiqə şərtləri ilə müəyyən edilir.
4.5.4. Investisiya müsabiqəsinə özəlləşdirilən müəssisənin səhm zərfinin 51 %-i və ya daha çox hissəsi çıxarılır. Müəssisənin səhmlərinin qalan hissəsinin satışı nisbəti (bölgüsü) Azərbaycan Respublikası Prezidentinin və ya Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin müəssisənin özəlləşdirilməsinə dair qəbul etdiyi qərarda göstərilir.

4.6. Icarəyə verilmiş dövlət əmlakının satışı 

4.6.1. II Dövlət Proqramı təsdiq edilənədək icarə müqaviləsinə müvafiq olaraq satınalma hüququ ilə icarəyə verilmiş dövlət əmlakının özəlləşdirilməsi qaydaları II Dövlət Proqramı və digər normativ-hüquqi aktlarla müəyyən edilir. Icarəyə verilmiş dövlət əmlakının satışı tərəflər arasında bağlanmış icarə müqavilələrinin şərtlərindən (satınalma hüququndan, icarə müddətindən və s.) asılı olaraq müxtəlif üsullarla həyata keçirilir.
4.6.2. II Dövlət Proqramı qəbul edilənədək bağlanmış və müvafiq qaydada Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsində qeydiyyatdan keçmiş icarə müqaviləsi əsasında fəaliyyət göstərən müəssisələr aşağıdakı qaydada özəlləşdirilir:
a) orta və iri müəssisənin səhmlərinin:
15%-i əmək kollektivinə güzəştli satışa yönəldilir;n
30%-i nominal dəyəri ilə ilk növbədə icarəçiyə təklif olunur;n
55%-i ixtisaslaşdırılmış çek hərracında satılır.n
b) kiçik müəssisələrin dəyərinin (obyektin start qiymətinin) 15%-i əmək kollektivinə güzəştli satışa yönəldilir, 85%-i isə ilkin start qiyməti ilə ilk növbədə icarəçiyə təklif olunur. 
4.6.3. Icarəçilər icarə müəssisəsinin satışa çıxarılmış və ilk növbədə onlara təklif olunan səhm zərfini və ya nizamnamə kapitalı hissəsini almaqdan imtina etdikdə, həmin müəssisələr müvafiq olaraq II Dövlət Proqramının 5.8-ci bəndində və 6.1-ci bəndində göstərilən qaydada özəlləşdirilir.
4.6.4. Icarə müəssisəsinin struktur bölməsinin ayrıca özəlləşdirilməsi haqqında qərar həmin bölmənin ayrıca fəaliyyət göstərməsi, onun texnoloji cəhətdən müəssisə ilə bağlılığı, ərazi baxımından ayrılmasının mümkünlüyü və s. bu kimi amilləri nəzərə almaqla Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən qəbul edilir. Bu qərar qəbul edildikdə icarəyə götürülmüş əmlak 100% dəyəri ilə icarəçiyə təklif olunur. Icarəçilər icarəyə götürdükləri əmlakı almaqdan imtina etdikdə həmin əmlak II Dövlət Proqramında nəzərdə tutulmuş qaydada özəlləşdirilir.
4.6.5. Özəlləşdirilməsi qadağan olunan dövlət əmlakı istisna olmaqla, icarə müqavilələrinə əsasən icarəyə verilmiş digər dövlət əmlakı (tikili, qurğu, avadanlıq və s.) onun icarəyə verən müəssisə və ya təşkilatla bağlılığı, ərazi baxımından ayrılmasının mümkünlüyü və sair bu kimi amillər nəzərə alınmaqla Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən aşağıdakı qaydada özəlləşdirilir:
icarəyən verilmiş əmlak 100% dəyəri ilə icarəçiyə təklif olunur. Icarəçi icarəyə götürdüyü əmlakı almağa razılıq verdikdə, onunla alqı-satqı müqaviləsi bağlanır və o, 30 gün ərzində əmlakın dəyərini ödəyir; 
icarəçin icarəyə götürdüyü əmlakı almaqdan imtina etdikdə və ya həmin təklifi aldığı andan 30 gün ərzində əmlakın dəyərini ödəmədikdə, həmin əmlak II Dövlət Proqramının 4.4-cü bölməsində nəzərdə tutulan qaydada hərraca çıxarılır və ya müəssisə ilə birlikdə özəlləşdirilir. 

4.7. Dövlət müəssisələrinin müflis elan olunması yolu ilə satışı 

4.7.1. Dövlət müəssisəsinin 5 dəfə hərrac vasitəsi ilə satışı baş tutmadıqda və ya dövlət müəssisələrinin (obyektinin) özəlləşdirilməsinə hazırlıq mərhələsində onun ödəmə qabiliyyətinin olmadığı halda II Dövlət Proqramının 2.2 bəndi ilə özəlləşdirilməsi nəzərdə tutulan müəssisə və obyektlər Azərbaycan Respublikası Prezidentinin qərarı ilə, II Dövlət Proqramının 2.3 bəndi ilə özəlləşdirilməsi nəzərdə tutulan müəssisə və obyektlər isə, Dövlət Komissiyasının qərarı ilə qanunvericiliyə uyğun olaraq müflis elan edilə bilər və müəssisə ləğv oluna bilər. Bu zaman müəssisənin əmlakı hərrac vasitəsilə satılır.
4.7.2. Əmlakın satışından əldə olunan maliyyə vəsaitinin bir hissəsi qanunvericiliklə müəyyən edilmiş növbəlilik prinsipi nəzərə alınmaqla borcların ödənilməsinə yönəldilir.
4.7.3. Dövlət müəssisələrinin müflis elan olunması yolu ilə satışı qaydaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.

5. Orta və iri dövlət müəssisələrinin səhmdar cəmiyyətlərə çevrilməsi və özəlləşdirilməsi 

5.1. Özəlləşdirilən bütün orta və iri dövlət müəssisələri (və ya onların struktur bölmələri) əvvəlcə səhmdar cəmiyyətlərə çevrilir və sonradan özəlləşdirilir. Bu zaman dövlət müəssisələrinin səhmdar cəmiyyətlərə çevrilməsi texnoloji bağlılıq amili nəzərə alınmaqla həyata keçirilir.
5.2. Dövlət müəssisələrinin səhmdar cəmiyyətlərə çevrilməsi Azərbaycan Respublikasının müvafiq qanunu ilə təsdiq edilmiş Əsasnamə ilə tənzimlənir.
5.3. Dövlət müəssisələrinin səhmdar cəmiyyətlərə çevrilməsi özəlləşdirmə komissiyaları tərəfindən hazırlanmış və Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən təsdiq olunmuş özəlləşdirmə planı əsasında həyata keçirilir.
5.4. Dövlət müəssisələrinin səhmdar cəmiyyətlərə çevrilməsi haqqında müvafiq qərar qəbul edildiyi gündən etibarən 10 gün ərzində özəlləşdirməyə hazırlıq məqsədi ilə hər müəssisədə (birlikdə) özəlləşdirmə komissiyası yaradılır. Komissiya aşağıdakı sənədləri işləyib hazırlayır və təsdiq olunmaq üçün Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə təqdim edir:
özəlləşdirmə planı (emissiya prospekti);n 
müəssisənin əmlakının inventarlaşdırılması və qiymətləndirilməsi haqqında akt;n 
n kommersiya banklarının, müştərək və digər müəssisələrin nizamnamə kapitalında özəlləşdirilən müəssisənin iştirak payının (səhmlərin, hissələrin) tərkibi və dəyəri barədə arayış və həmin payın özəlləşdirilməsi barədə təklif; 
son 3 (üç) ilin illik hesabat balansları, həmçinin son hesabat dövrünün balansı;n 
n səhmdar cəmiyyətin nizamnaməsi (dövlət müəssisələrinin çevrilməsi nəticəsində yaradılan səhmdar cəmiyyətlərin nizamnaməsinə müvafiq olaraq hazırlanır). 
Müəssisənin rəhbəri və baş mühasibi Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə təqdim olunan əmlakın inventarlaşdırılması və qiymətləndirilməsi aktının, habelə digər sənədlərin dürüstlüyü üçün şəxsən məsuliyyət daşıyırlar.
Yuxarıda göstərilən sənədlər Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış vahid metodikaya əsasən tərtib olunur.
Müəssisələrin səhmdar cəmiyyətlərə çevrilməsinin təsis sənədlərinə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsində baxılır və təsdiq edilir. Həmin sənədlər mövcud qanunvericiliyə cavab vermədiyi hallarda əlavə işlənmək üçün geri qaytarılır.
5.5. Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsi haqqında müvafiq qərar qəbul edildiyi gündən etibarən ən geci 3 (üç) ay müddətində, bu bölmənin 5.4-cü bəndində göstərilən sənədlər təqdim edilməzsə, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin qərarı ilə komissiya yaradılır. Komissiya ilkin sənədlər və müəssisənin balansı əsasında müvafiq sənədləri hazırlayır. Zəruri hallarda komissiya öz işinə müstəqil ekspertləri və auditorları cəlb edə bilər.
5.6. Özəlləşdirmə komissiyasının yaradılması və fəaliyyəti Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə tənzimlənir.
5.7. Özəlləşdirilən müəssisələrin dövlətin mülkiyyətində saxlanılması nəzərdə tutulmayan səhmləri (hissələri) səhmdar cəmiyyətin dövlət qeydiyyatına alındığı andan satışa çıxarılır.
5.8. Orta və iri dövlət müəssisələri səhmdar cəmiyyətlərinə çevrilməklə onların bir qismi II Dövlət Proqramının 4.1-ci və 4.5-ci bölmələrinə uyğun olaraq fərdi layihələr üzrə və investisiya müsabiqələri vasitəsi ilə özəlləşdirilir. Göstərilən üsullarla özəlləşdirilən müəssisələr istisna olmaqla, qalan orta və iri müəssisələrin səhmləri, bir qayda olaraq, aşağıdakı nisbətdə (bölmədə) satılır:
a) 15% — əmək kollektivinə güzəştli satışa yönəldilir;
b) 30% — pul hərraclarına yönəldilir;
c) 55% — ixtisaslaşdırılmış çek hərraclarına yönəldilir
5.9. Müəssisənin səhmlərinin satışı 5.8.-ci bənddəki ardıcıllığa riayət etməklə həyata keçirilir.
Pul hərracına çıxarılmış hissə satılmadıqda, yuxarıda göstərilən satış ardıcıllığına riayət etməklə, səhmlər pul və ixtisaslaşdırılmış çek hərraclarına az həcmdə bərabər hissələrlə çıxarıla bilər.
5.10. Texnoloji xüsusiyyətlərindən və dəyərindən asılı olaraq, orta müəssisələr kiçik müəssisələr üçün müəyyən edilmiş qaydada özəlləşdirilə bilər.
5.11. Dövlət müəssisələrinin çevrilməsi nəticəsində yaradılan səhmdar cəmiyyətlərin səhmlərinin buraxılışı, qeydiyyatı və tədavülü qaydaları qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən müəyyən edilir.
5.12. Dövlət əmlakının özəlləşdirilməsi zamanı səhmdar cəmiyyətlərin səhmlərinin satışına dair yekun məlumatlar təsdiq edildikdən sonra Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən Milli Depozit Mərkəzinə təqdim edilir.
5.13. Özəlləşdirmə prosesində səhmdarların hüquqları Azərbaycan Respublikasının mövcud qanunvericiliyi əsasında qorunur.


6. Kiçik müəssisələrin özəlləşdirilməsi 

6.1. Kiçik müəssisələrin (obyektlərin) özəlləşdirilməsi aşağıdakı qaydada həyata keçirilir:
n Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada kiçik müəssisənin nizamnamə kapitalı (obyektin start qiyməti) müəyyən olunur; 
kiçik müəssisənin nizamnamə kapitalınınn (obyektin start qiymətinin) 15%-i II Dövlət Proqramının 4.2-ci bölməsində nəzərdə tutulmuş qaydada əmək kollektivi üzvlərinə və onlara bərabər tutulan şəxslərə güzəştli satışa yönəldilir; 
kiçikn müəssisənin nizamnamə kapitalının (obyektin satış qiymətinin) 85%-i II Dövlət Proqramının 4.4-cü bölməsində nəzərdə tutulmuş satış üsuluna uyğun olaraq satılır. 
6.2. Kiçik müəssisələrin özəlləşdirilməsi zamanı müəssisənin əmək kollektivi onların hüquqlarını həyata keçirən vəkil edilmiş şəxs (hüquqi və ya fiziki şəxs) müəyyən etməlidir.
Özəlləşdirmədə vəkil edilmiş şəxs — müəssisənin əmək kollektivi üzvlərinin və özəlləşdirmədə güzəşt hüququ olan digər şəxslərin 50%-dən çoxunun öz səlahiyyətlərini qanuni surətdə verdikləri hüquqi və fiziki şəxsdir (etibarnamə müvafiq formada notarial qaydada rəsmiləşdirilir).
Özəlləşdirmədə vəkil edilmiş şəxs:
əmək kollektivini özəlləşdirməni həyata keçirən orqanlarda təmsil edir və qanunvericiliyə əməl olunmasına nəzarət edir;n 
n özəlləşdirmə prosesində zəruri işləri görür (müəssisənin özəlləşdirilməsi barəsində ərizəni rəsmiləşdirir, özəlləşdirmə prosesində iştirak edir, zəruri müqavilələr bağlayır və öhdəliklər imzalayır, etibarnaməyə müvafiq olaraq verilən məlumatların düzgünlüyünə görə məsuliyyət daşıyır). 
6.3. Əmək kollektivi özəlləşmə haqqında Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən rəsmi elan verildikdən sonra hərraca ən geci 5 gün qalanadək nəzərdə tutulan güzəştli satışı keçirməzsə, o, bu bölmədə nəzərdə tutulan güzəşt hüquqlarını itirir.
6.4. Kiçik müəssisənin hərraca çıxarılan hissəsinin (müəssisənin nizamnamə kapitalının, obyektin start qiymətinin 85%-nin) hərrac qalibi əmək kollektivi olduqda, bu hissə 100% hesab edilməklə:
hərrac qiymətinin 30%-i müvafiq qaydada alqı-satqın müqaviləsi bağlandıqdan sonra ən geci 5 (beş) bank günü ərzində vəkil olunmuş şəxs tərəfindən pulla ödənilir; 
hərrac qiymətininn 30%-i üzrə ödənişi həyata keçirən alıcılara hərrac qiymətinin 30%-i həcmində güzəşt edilir (bu hissə əmək kollektivi üzvləri arasında bərabər bölüşdürülməklə əvəzsiz verilir); 
40%-i alqı-satqı müqaviləsnində müəyyənləşən müddətdə, lakin 2 ildən gec olmayaraq vəkil olunmuş şəxs tərəfindən ödənilir. 
Alıcının öhdəliklərinə görə onun əldə etdiyi əmlakın müvafiq hissəsi girov qoyulmuş hesab olunur.
6.5. Hərracın qalibi kənar şəxs və ya 6.3-cü bəndə uyğun olaraq güzəşt hüququnu itirmiş əmək kollektivi olarsa, əmlakın hərrac qiyməti bütövlükdə alqı-satqı müqaviləsi imzalandığı andan etibarən 5 bank günü ərzində pulla ödənilir.
6.6. Nümunəvi özəlləşdirmə planı, etibarnamə və kiçik müəssisələrin başqa özəlləşdirmə sənədlərinin nümunələri Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən işlənib hazırlanır və təsdiq edilir.
6.7. Hərracın qalibi əmək kollektivi olarsa, əldə edilmiş əmlakın əmək kollektivi üzvləri arasında bölüşdürülməsi və ondan istifadə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
6.8. Əmək kollektivinin müraciəti ilə müəssisənin bir hissəsi (tikili, qurğu, avadanlıq və s.) onun müəssisədən texnoloji və ərazi cəhətdən ayrılmasının mümkünlüyü müəyyən edildikdən sonra ayrıca hərraca çıxarıla bilər. Bu halda hərracın qalibi əmək kollektivinin üzvü (üzvləri) olarsa bu bölmədə nəzərdə tutulan güzəştlər ona (onlara) şamil olunur.
6.9. Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin qərarı ilə texnoloji xüsusiyyətlərindən və dəyərindən asılı olaraq, kiçik müəssisələr orta və iri müəssisələr üçün müəyyən edilmiş qaydada özəlləşdirilə bilər.
6.10. Müəssisənin rəhbəri və baş mühasibi Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə təqdim etdikləri əmlakın inventarlaşdırılması və qiymətləndirilməsi aktının, habelə digər sənədlərin dürüstlüyü üçün şəxsə məsuliyyət daşıyırlar.
Yuxarıda göstərilən sənədlər Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış vahid metodikaya əsasən tərtib olunur.

7. Özəlləşdirmə zamanı qoyulan məhdudiyyətlər və müştərək müəssisələrin nizamnamə kapitalındakı dövlətin payının özəlləşdirilməsi 

7.1. Dövlətin təhlükəsizliyini, vətəndaşların sağlamlığını, onların mənəviyyatının, hüquqi və qanuni mənafelərinin qorunmasını təmin etmək məqsədi ilə dövlət əmlakının özəlləşdirilməsində Azərbaycan Respublikasının Prezidenti və Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən müəyyən məhdudiyyətlər qoyula bilər. Belə məhdudiyyətlər adi (səs hüququ olan) səhmlərin nəzarət zərfinin (51%) və məhdudlaşdırıcı hissəsinin (25,5%) dövlət mülkiyyətində qalması yolu ilə qoyulur.
7.1.1. Özəlləşdirilən müəssisənin nəzarət səhm zərfi (51%) və ya səhmlərin məhdudlaşdırıcı hissəsi (25,5%) dövlət mülkiyyətində saxlanıldığı halda, səhmlərin qalan hissəsi (nominal dəyəri 100% hesab edilməklə) II Dövlət Proqramının 5.8-ci bəndində müəyyən edilmiş nisbətdə satılır.
7.2. Dövlət mülkiyyətində saxlanılan səhm zərfləri müəyyən müddətdən sonra II Dövlət Proqramının 2.2-ci və 2.3-cü bölmələrinə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin və ya Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin qərarı ilə özəlləşdirilə bilər. Bu zaman səhmlərin qalan hissəsi nominal dəyəri üzrə 100% hesab edilməklə II Dövlət Proqramının 5.8-ci bəndində müəyyən edilmiş nisbətdə satılır (dövlət özəlləşdirmə çekləri dövriyyədən çıxarıldığı halda II Dövlət Proqramının 5.8-ci bəndinin «c» yarımbəndində nəzərdə tutulan səhmlər ixtisaslaşdırılmış pul hərracında satılır).
7.3. Özəlləşdirmə zamanı dövlət mülkiyyətində müəyyən pay (nəzarət səhm zərfi və ya məhdudlaşdırıcı səhm zərfi) saxlanılması qərara alındığı halda, həmin müəssisənin idarəetmə orqanlarına dövlət nümayəndəsinin təyin edilməsi, habelə dövlət mülkiyyətində saxlanılan payın idarə olunması qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.
7.4. Dövlət müəssisələrinin iştirakı ilə yaradılmış müştərək müəssisələrin nizamnamə kapitalındakı dövlətin payı II Dövlət Proqramının 2.2-ci və 2.3-cü bölmələrində göstərilmiş təsnifatlaşdırmaya uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin və ya Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin qərarları ilə aşağıdakı qaydada özəlləşdirilir:
7.4.1. dövlətin payı inventarizasiya olunaraq yenidən qiymətləndirilir və müəyyən edilmiş start qiyməti ilə ilk növbədə müştərək müəssisənin digər təsisçisinə (təsisçilərinə) təklif olunur. Digər təsisçi (təsisçilər) dövlət payını almağa razılıq verdikdə onunla alqı-satqı müqaviləsi bağlanır və o, müqavilədə nəzərdə tutulmuş müddətdə payın dəyərini ödəyir;
7.4.2. müştərək müəssisənin digər təsisçisi (təsisçiləri) təklif olunmuş dövlət payını almaqdan imtina etdikdə, həmin pay II Dövlət Proqramının 4.4-cü bəndinə uyğun olaraq hərrac vasitəsi ilə özəlləşdirilir.
Müştərək müəssisələrdə əmlakın 50 faizi və ya daha çox hissəsi dövlətə məxsus olduğu hallarda, dövlətin həmin payı investisiya müsabiqəsi yolu ilə özəlləşdirilə bilər.


8. Özəlləşdirilən dövlət müəssisələrinin (birliklərinin) və ləğv olunan dövlət şirkətlərinin və konsernlərinin balansında olan sosial-mədəni və kommunal-məişət təyinatlı obyektlər barədə 

8.1. Özəlləşdirilən dövlət müəssisələrinin (birliklərinin) və ləğv olunan dövlət şirkətlərinin və konsernlərinin balansında olan sosial-mədəni və kommunal-məişət təyinatlı obyektlər (yataqxanalar, məişət və mədəniyyət binaları, uşaq bağçaları, idman qurğuları, atelye, qazanxanalar və s.) Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin təqdimatı əsasında və ya müvafiq qaydada yaradılmış ləğvetmə komissiyasının təqdimatı əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə yerli icra hakimiyyəti (və ya bələdiyyə) orqanlarının və ya aidiyyatı üzrə müvafiq təşkilatların balansına verilə bilər.
8.2. Özəlləşdirmə komissiyasının təklifinə əsasən müvafiq təşkilatların və ya yerli icra hakimiyyəti (və ya bələdiyyə) orqanlarının balansına verilməsi məqsədəuyğun hesab edilməyən sosial-mədəni və kommunal-məişət (yaşayış binaları, uşaq bağçaları və körpələr evləri istina olmaqla) obyektləri özəlləşdirilən müəssisələrlə birlikdə və ya ayrıca özəlləşdirilir.

9. Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə fiziki və qeyri-dövlət hüquqi şəxslərin vəsaiti hesabına inşa edilmiş obyektlərin yerləşdiyi torpaq sahələri 

9.1. Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə fiziki və qeyri-dövlət hüquqi şəxslərin vəsaiti hesabına inşa edilmiş obyektlərin yerləşdiyi torpaq sahələri qanunvericiliyə uyğun olaraq Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən həmin müəssisə və obyektlərin mülkiyyətçilərinə satılır. Bu sahədə məhdudiyyətlər olduqda torpaq sahələrinin verilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada həyata keçirilir.
9.2. Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi qeyri-dövlət hüquqi şəxslərin müraciəti əsasında onlara məxsus torpaq sahələrinin satışını həyata keçirə bilər. Bu zaman əldə olunmuş əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən şəhadətnamə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilir.
9.3. Əcnəbilər və xarici hüquqi şəxslər, habelə vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada torpaq sahələrini yalnız istifadəyə və ya uzunmüddətli icarəyə götürə bilərlər.

10. Xarici investorların özəlləşdirmədə iştirakı
 

10.1. Özəlləşdirmədə xarici investor hesab olunan şəxslər «Dövlət əmlakının özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunur.
10.2. Xarici investorlar hərraclarda və investisiya müsabiqələrində II Dövlət Proqramında və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında müəyyən olunmuş qaydalara riayət etməklə iştirak edirlər.
II Dövlət Proqramının 2.2-ci bölməsində göstərilən dövlət müəssisələrinin özəlləşdirilməsində xarici investorların iştirakına Azərbaycan Respublikasının Prezidenti tərəfindən icazə verilir.
10.3. Xarici investorlar ixtisaslaşdırılmış hərraclarda dövlət özəlləşdirmə opsionları təqdim etməklə iştirak edirlər.
10.4. Hər özəlləşdirmə opsionu bir çek almaq hüququ verir. Xarici investorun özəlləşdirmə prosesində özəlləşdirmə opisonu olmadan özəlləşdirmə çeklərindən istifadə etməsi qadağandır.
Dövlət özəlləşdirmə opsionları 2008-ci il yanvar ayının 1-dək tədavüldədir.
10.5. Xarici investorlar Azərbaycan Respublikası ərazisində əldə etdikləri xalis mənfəət hesabına opsion təqdim etmədən özəlləşdirmədə iştirak edə bilərlər.
Hərrac və investisiya müsabiqələrinin başlanmasına qədər onlar Azərbaycan Respublikasının ərazisində əldə etdikləri gəlirlər barədə müəyyən edilmiş qaydada Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə vergi orqanları tərəfindən təsdiq edilmiş arayış təqdim edirlər.
10.6. Opsionların buraxılışı, tədavülü və istifadəsi qaydaları qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən müəyyən edilir.

11. Özəlləşdirmə prosesinin maliyyələşdirilməsi və kreditləşdirilməsi 

11.1. Özəlləşdirmə prosesinin həyata keçirilməsinin maliyyə təminatı dövlət büdcəsi hesabına ödənilir.
11.2. Azərbaycan Respublikasının kommersiya bankları və xarici banklar mövcud qanunvericiliyə uyğun olaraq, alıcı kimi çıxış edən hüquqi və fiziki şəxslərin özəlləşdirmə əqdlərinin kreditləşdirilməsini həyata keçirə bilərlər.

12. Özəlləşdirilən dövlət əmlakının haqqının ödənilməsi 

Alıcı özəlləşdirilən dövlət əmlakının haqqını birdəfəyə və ya müəyyən müddət ərzində ödəyə bilər.
Dövlət əmlakının haqqının ödənilməsində möhlət verilməsi müddəti alqı-satqı müqaviləsində müəyyən edilir və bu müddət 2 (iki) ildən çox ola bilməz.
Alıcı özəlləşdirilən dövlət əmlakının dəyərini alqı-satqı müqaviləsində göstərilən müddət ərzində ödəmədiyi halda, qanunvericiliklə müəyyən edilmiş qaydada alqı-satqı müqaviləsinə xitam verilməsi məsələsi qaldırıla bilər.

13. Özəlləşdirmədən əldə edilən pul vəsaiti və onun istifadə olunması 

13.1. Özəlləşdirmədən daxil olan vəsaitə özəlləşdirilən obyektlərin və səhmlərin, özəlləşdirmə opsionlarının satışından, özəlləşdirmə prosesində rüsumların ödənilməsindən əldə edilən pul vəsaiti və digər daxilolmalar aiddir.
13.2. Özəlləşdirmədən əldə olunmuş pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil olur.
Dövlət əmlakının özəlləşdirilməsində müstəqil maliyyə məsləhətçisinin cəlb edilməsi, özəlləşdirmə ilə bağlı informasiya təminatının təşkili və müəssisələrin özəlləşdirməqabağı sağlamlaşdırılması, özəlləşdirilmədən sonra müəssisələrin fəaliyyətinin dəstəklənməsi tədbirlərinin maliyyələşdirilməsi, dövlət əmlakinin qorunub saxlanılması və mühafizəsi, Azərbaycan Respublikasının mülkiyyət hüquqlarının qorunması ilə bağlı Azərbaycan Respublikasını xarici ölkələrin müvafiq orqanlarında, habelə məhkəmə orqanlarında təmsil etmə xərclərinin ödənilməsi məqsədi ilə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin hesabına bu vəsaitin 25%-i həcmində ayırmalar nəzərdə tutulur.

14. Dövlət özəlləşdirmə paylarının (çeklərinin) və dövlət özəlləşdirmə opsionlarının istifadə olunması 

14.1. Özəlləşdirilən əmlakın (səhmlərin) dəyəri çeklə ödənilərkən, həmin çeklər, habelə xarici investorlar tərəfindən özəlləşdirmədə iştirak etmək üçün təqdim edilən opsionlar Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən qəbul edilir.
14.2. Qəbul edilən özəlləşdirmə payları (çekləri) və opsionları Dövlət Komissiyasının nəzarəti ilə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən tədavüldən çıxarılır, silinir və ləğv edilir.

15. Müəssisələrin özəlləşdirməqabağı restrukturizasiyası, sağlamlaşdırılması və özəlləşdirilmiş müəssisələrin dəstəklənməsi
 

15.1. Müəssisələrin özəlləşdirməqabağı restrukturizasiyası və sağlamlaşdırılması aşağıdakı tədbirlərin həyata keçirilməsini nəzərdə tuta bilər:
müəssisənin restrukturizasiyası (o cümlədən bölünməsi, birləşdirilməsi);n 
müəssisənin idarəetməyə verilməsi;n 
müəssisənin texnoloji cəhətdən yenidən qurulması;n 
müəssisənin borclarının restrukturizasiyası;n 
müəssisəyə maliyyə yardımının göstərilməsi.n 
15.2. Müəssisələrin özəlləşdirməqabağı restrukturizasiyası və sağlamlaşdırılması məqsədilə 15.1-ci bənddə tətbiq edilməsi nəzərdə tutulan tədbirlər II Dövlət Proqramının 2.2-ci bölməsində göstərilən müəssisələr üçün Azərbaycan Respublikası Prezidentinin qərarı ilə II Dövlət Proqramının 2.3-cü bölməsində göstərilən müəssisələr üçün isə, Dövlət Komissiyasının qərarı ilə qanunvericiliyə uyğun olaraq müəyyən edilir və Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir.
15.3. Idarəetməyə verilmiş müəssisənin özəlləşdirilməsi zamanı idarəetmə müqaviləsinə əsasən öhdəliklərini yerinə yetirmiş idarəetməyə götürən üstünlük hüququna malikdir. Həmin müəssisə özəlləşdirilərkən ilk növbədə idarəetməyə götürənə təklif olunur.
15.4. Özəlləşdirilmiş müəssisələrin dəstəklənməsi tədbirləri hökumətin struktur siyasətinə uyğun olaraq öncül (prioritet) istiqamətlərdə fəaliyyət göstərən müəssisələr üçün Maliyyə Nazirliyi və Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən müəyyən edilir. Bu tədbirlər kompleksinə güzəştli kredit, vergi, sığorta və s. aid edilə bilər.

16. Dövlət əmlakının özəlləşdirilməsinin sahə xüsusiyyətləri 

16.1. Kommersiya banklarının dövlətə məxsus paylarının və dövlət sığorta şirkətlərinin özəlləşdirilməsi qaydaları Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir.
16.2. Xalq bədii sənət müəssisələrinin özəlləşdirilməsi yalnız onların fəaliyyət profilinin ən azı üç il müddətində gənclərin təhsili, tərbiyəsi, asudə vaxtının təşkili, fiziki və mənəvi inkişafı ilə bağlı fəaliyyət göstərən obyektlərdən isə beş il müddədtində saxlanılması şərti ilə həyata keçirilir.
16.3. Bədən tərbiyəsi və idman müəssisə, obyekt və qurğuları, bir qayda olaraq investisiya müsabiqələri vasitəsilə özəlləşdirilir və bu zaman satıcı tərəfindən müəssisə, obyekt və qurğunun fəaliyyət profilinin saxlanması şərtləri irəli sürülə bilər.
16.4. Təsərrüfat hesablı elmi-tədqiqat, layihə-axtarış müəssisələrinin özəlləşdirilməsi onların profilini saxlamaq şərti ilə aşağıdakı kimi həyata keçirilir.
Həmin müəssisələr kiçik müəssisələr qrupuna aid edildiyi halda II Dövlət Proqramının 6.1-ci bəndinə uyğun olaraq özəlləşdirilir. Orta və iri müəssisələr qrupuna aid edildiyi halda isə, onun səhmlərinin:
15%-i əmək kollektivinə güzəştli satılır;n 
30%-i nominal dəyəri ilə ilk növbədə əmək kollektivinə təklif olunur;n 
55%-i ixtisaslaşdırılmış çek hərracına yönəldilir.n 
Əmək kollektivi ona təklif olunan səhm zərfi və ya nizamnamə kapitalı hissəsini almaqdan imtina etdikdə, həmin müəssisələr müvafiq olaraq II Dövlət Proqramının 5.8-ci bəndində və 6.1-ci bəndində göstərilən qaydada özəlləşdirilir.
16.5. Dövlət müəssisələrinin özəlləşdirilməsi prosesində radioaktiv, kimyəvi, partlayış, yanğın və toksik cəhətdən təhlükəli obyektlərdə işlərin təhlükəsiz aparılmasının və ekoloji amillərin nəzərə alınması qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

17. Özəlləşdirmə prosesinin informasiya-metodiki təminatı 

17.1. Özəlləşdirmə prosesinin informasiya-metodiki təminatı, o cümlədən təbliğat-təşviqat işlərinin həyata keçirilməsi Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi və onun yerli qurumları, eləcə də dövlət kütləvi informasiya vasitələri tərəfindən aparılır.
Həmin orqanlara əhalini aşağıdakı informasiyalarla təmin etmək vəzifələri həvalə edilir:
n özəlləşdirmənin mahiyyəti, onun başlıca məqsədləri və əsas vəzifələri, dövlət özəlləşdirmə çekləri və opsionlarından istifadə olunması haqqında; 
səhmdarların (payçıların) hüquqları və mülkiynyət hüququnun qorunması haqqında; 
müəssisələrin təşkilati-hüquqi formasının dəyişdirilməsi və özəlləşdirmənin forma və üsulları haqqında;n 
n özəlləşdirmənin gedişi, hərraclar və müsabiqələr, onların keçirildiyi yer, vaxt, hərraca çıxarılan müəssisələrin səhmləri (hissələri) haqqında və s. 
17.2. Özəlləşdirmənin informasiya-metodiki təminatı sahəsində vəzifələrin yerinə yetirilməsi üçün bütün kütləvi informasiya vasitələrindən, o cümlədən televiziya, radio, qəzetlər, jurnallar, bülletenlər, plakatlardan və s. istifadə olunur.
17.3. Dövlət kütləvi informasiya vasitələri Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə birlikdə əhaliyə özəlləşdirmənin gedişi barəsində mütəmadi olaraq məlumatlar verirlər.
17.4. Hərracların və müsabiqələrin keçirilməsinin plan-qrafikləri, özəlləşdirilən konkret müəssisələr haqqında məlumatlar, kütləvi informasiya vasitələrində və xüsusi nəşrlərdə müsabiqənin, hərracın və səhmlərin açıq satışının keçirildiyi gündən azı 30 (otuz) gün əvvəl dərc edilir.
Xarici investorların marağına səbəb ola biləcək müəssisə və obyektlərin satışa çıxarılması barədə məlumatlar Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin «Internet» şəbəkəsindəki saytı vasitəsi ilə yayıla bilər.
17.5. Özəlləşdirilən müəssisələr haqqında aşağıdakı məlumatlar hökmən dərc edilməlidir:
n özəlləşdirilən müəssisənin (obyektin) yerləşdiyi torpaq sahəsi və onun üzərində yerləşən tikililərin xarakteristikası və onların öhdəliklərlə yüklənməsi (əgər mövcuddursa); 
müəssisənin digər müəssisələrdə iştirak payının (səhmlər, hissələr) həcmi;n 
qeyri-maddi aktivlər (patent, ticarət markası və s.);n 
müəssisənin öhdəlikləri (müqavilə, büdcə, kredit öhdəlikləri);n 
müəssisənin buraxdığı məhsuların (işlərin, xidmətlərin) əsas nomenklaturası;n 
işçilərin sayı;n 
buraxılmış səhmlərin nominal dəyəri;n 
müəssisənin ekoloji vəziyyəti;n 
müəssisənin səhmlərinin satışı üsulu;n 
səhmlərin satışında qoyulan məhdudiyyətlər (bu cür məhdudiyyətlər müəyyən edilmişsə);n 
alıcıları maraqlandıran digər məlumatları almaq qaydası.n 
17.6. Dövlət müəssisələrinin (obyektlərinin) özəlləşdirilməsinin nəticələri haqqında məlumat 15 gün müddətində kütləvi informasiya vasitələrində dərc olunmalıdır. Bu məlumat özündə aşağıdakıları əks etdirməlidir:
hərraca çıxarılmış müəssisənin (obyektin) yerləşdiyi ünvan;n 
hərracın nəticələrinə görə dövlət büdcəsinə ödənilməli olan pul vəsaitinin məbləği;n 
hərracın digər iştirakçıları ilə hesablaşmaların aparılması qaydası və müddəti.n 
Özəlləşdirilmiş müəssisə səhmdar cəmiyyətinə çevrildiyi halda aşağıdakılar da göstərilməlidir:
səhmdar cəmiyyətinin tam və qısaldılmış adı və hüquqi ünvanı;n 
buraxılmış səhmlərin ümumi sayı və növü;n 
satışa çıxarılmış səhm zərfinin nominal dəyəri və satış qiyməti;n 
satılmış səhmlərin ümumi miqdarı və növü.n 
Dövlət müəssisələrinin (obyektlərinin) özəlləşdirilməsinin nəticələri haqqında məlumatda özəlləşdirmənin ayrı-ayrı üsulları haqqında normativ-hüquqi aktlarda nəzərdə tutulmuş və ya bu üsulların xüsusiyyətlərindən irəli gələn müddəalar da göstərilə bilər.

18. Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə digər icra hakimiyyəti orqanları, habelə idarə, müəssisə və təşkilatlar arasında qarşılıqlı münasibətlər 

18.1. II Dövlət Proqramı qəbul edildiyi gündən bir ay müddətində Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi özəlləşdirilməsi nəzərdə tutulan müəssisələr (obyektlər) və onların tabe olduqları icra hakimiyyəti orqanları və təşkilatlar üçün icrası məcburi olan tapşırıqlar müəyyən edir.
Bu tapşırıqlar əsasında Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi konkret müəssisə və obyektlərin özəlləşdirilməsi müddətini, habelə onların yerinə yetirilməsinə nəzarət qaydalarını və formalarını müəyyən edərək özəlləşdiriləcək müəssisələrin və obyektlərin siyahısını bu Proqramın 2-ci bölməsində müəyyən edilmiş təsnifatlaşdırmaya uyğun olaraq tərtib edir.
18.2. Özəlləşdirmə prosesində yaradılmış səhmdar cəmiyyəti Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alındığı andan və kiçik müəssisələrin özəlləşdirilməsi barədə qərar qəbul edildiyi andan müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanlarının həmin müəssisələr barəsində səlahiyyətləri qüvvəsini itirir.
18.3. Özəlləşdirilən dövlət müəssisələrinə, obyektlərinə və onların struktur bölmələrinə mülkiyyət hüququnu təsdiq edən şəhadətnamələr, qeyri-dövlət vəsaiti hesabına inşa edilmiş müəssisə və obyektlər üzərində qeyri-dövlət hüquqi və fiziki şəxslərin mülkiyyət hüququnu təsdiq edən şəhadətnamələr, özəlləşdirilən müəssisə və obyektlərin, habelə qeyri-dövlət vəsaiti hesabına inşa edilmiş obyektlərin torpaq sahələri üzərində mülkiyyət hüququnu təsdiq edən şəhadətnamələr Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilir.
18.4. Azərbaycan Respublikasında daşınmaz dövlət əmlakının Registri Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən aparılır. Azərbaycan Respublikasının icra hakimiyyəti orqanları, dövlət şirkətləri, konsernləri, birlikləri, idarələri, təşkilatları və müəssisələri onların sərəncamında olan daşınmaz dövlət əmlakı haqqında zəruri olan bütün məlumatların müəyyən olunmuş qaydada Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə təqdim olunmasını təmin etməlidirlər.
18.5. Dövlət müəssisələri və birlikləri, habelə mərkəzi və yerli icra hakimiyyəti orqanları tərəfindən Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin razılığı olmadan təşkilati-hüquqi formasından asılı olmayaraq hər hansı müəssisənin yaradılmasına, ləğvinə və yenidən təşkil edilməsinə yol verilmir.
18.6. Özəlləşdirmə zamanı yaradılan və ya nizamnamə fonduna pay kimi dövlət əmlakı qoyulan müəssisələr yalnız açıq tipli səhmdar cəmiyyətləri formasında yaradıla bilər.