Hüquqların dövlət qeydiyyatının orta müddətləri ilə bağlı məlumat

Son dövrlərdə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı prosesinin sadələşdirilməsi istiqamətində “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa mütəmadi olaraq dəyişikliklər edilir. Bu sıradan olan 29.04.2016-cı il tarixdən qüvvəyə minmiş dəyişikliklərə əsasən hüquqların dövlət qeydiyyatı müddəti 20 günüdən 10 iş gününədək qısaldılmışdır.

Qanuna edilən dəyişikliklərdən əvvəlki (01.01.2016-29.04.2016) və sonrakı (29.04.2016-01.07.2016) müddətdə hüquqların dövlət qeydiyyatı üzrə müraciətlərin icra müddətləri aşağıdakı kimidir:  

           

 

Ilkin qeydiyyat

Təkrar qeydiyyat

 

Tam müddət

1/3 nisbətində tezləşmə ilə

2/3 nisbətində tezləşmə ilə

Tam müddət

1/3 nisbətində tezləşmə ilə

2/3 nisbətində tezləşmə ilə

29.04.2016 tarixinə qədər

20

14

7

20

14

7

29.04.2016 tarixindən sonra

15

10

5

10

7

3

 

Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının Qərarına uyğun olaraq hüquqların dövlət qeydiyyatının qanunla müəyyən edilmiş müddətlərinin 2/3 və 1/3 –i müddətində icra edilməsi ilə bağlı seçimləri də mövcuddur ki, bu isə qeydiyyat müddətlərin müvafiq hallarda 3 iş gününədək azaldır.