«Dövlət əmlakının özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı


«Dövlət əmlakının özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun icrasını təmin etmək məqsədi ilə qərara alıram:
 
I. Aşağıdakı normativ hüquqi aktlar təsdiq edilsin (əlavə olunur):
     «Dövlət müəssisəsini özəlləşdirmə komissiyasının fəaliyyəti haqqında Əsasnamə»;n 
    n «Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi Qaydaları»; 
     «Özəlləşdirilən dövlət əmlakının qiymətləndirilməsi haqqında Əsasnamə»;n 
    n «Açıq tipli səhmdar cəmiyyətinə çevrilən dövlət müəssisələrinin səhmlərinin əmək kollektivinə güzəştli satışı haqqında Əsasnamə»; 
     «Icarəyə verilmiş dövlət əmlakının özəlləşdirilməsi haqqında Əsasnamə»;n 
     «Dövlət özəlləşdirmə opsionları haqqında Əsasnamə»;n 
     «Dövlət müəssisələrinin fərdi layihələr üzrə özəlləşdirilməsi Qaydaları»;n 
     «Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı Qaydaları»;n 
     «Dövlət əmlakının ixtisaslaşdırılmış çek və pul hərraclarında satışı Qaydaları»;n 
     «Dövlət müəssisələrinin müflis elan olunma yolu ilə özələşdirilməsi Qaydaları»;n 
    n «Özəlləşdirmədən əldə olunan vəsaitin Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil edilməsi və ondan istifadə olunması Qaydaları»; 
     «Özəlləşdirilən dövlət əmlakına (müəssisə və obyektlərinə)» Mülkiyyət hüququnun rəsmiləşdirilməsi Qaydaları.n 
II. «Azərbaycan Respublikasında dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövriyyəyə buraxılması haqqında» Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 25 mart tarixli 450 nömrəli fərmanına aşağıdakı dəyişikliklər edilsin;
1. Birinci abzasdan «Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı»nın təsdiq edilməsi haqqında 1995-ci il 29 oktyabr tarixli Azərbaycan Respublikasının Qanununa uyğun olaraq» sözləri çıxarılsın.
2. 2-ci bəndin birinci və ikinci abzaslarından «bu fərman qüvvəyə minən günədək qeydə alınmış» sözləri çıxarılsın.
3. 2-ci bəndin üçüncü abzasında «Azərbaycan Respublikasının 29 oktyabr 1995-ci il tarixli qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı»nda» sözləri «Qanunvericilikdə» sözü ilə əvəz edilsin.
III. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında dövlət özəlləşdirmə paylarının (çeklərinin)dövriyyəyə buraxılması haqqında» 1996-cı il 25 mart tarixli, 450 nömrəli fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında dövlət özəlləşdirmə payları (çekləri) haqqında Əsasnamə»yə aşağıdakı dəyişikliklər edilsin:
1. I bölmənin 1-ci bəndindən «bu Əsasnamə qüvvəyə minən günədək qeydə alınmış» sözləri çıxarılsın.
2. II bölmənin 1-ci bəndindən «Azərbaycan Respublikasında dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövriyyəyə buraxılması haqqında» Azərbaycan Respublikası Prezidentinin fərmanı qüvvəyə mindiyi gündən» sözləri çıxarılsın.
3. II bölmənin 2-ci bəndindən «Azərbaycan Respublikasında dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövriyyəyə buraxılması haqqında» Azərbaycan Respublikası Prezidentinin fərmanının qüvvəyə mindiyi günədək qeydə alınmış» sözləri çıxarılsın.
4. II bölmənin 3-cü bəndində «Azərbaycan Respublikasının 1995-ci il 29 oktyabr tarixli qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı»nda» sözləri «qanunvericilikdə» sözü ilə əvəz edilsin.
5. III bölmənin 2-ci bəndinin ikinci abzasından «Azərbaycan Respublikasında dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövriyyəyə buraxılması haqqında» Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən paylar» sözləri çıxarılsın.
IV. Azərbaycan Respublikası Prezidentinin «Dövlət mülkiyyətinin özəlləşdirilməsini tənzimləyən bir sıra normativ sənədlərin təsdiq edilməsi haqqında» 1996-cı il 25 mart tarixli 451 nömrəli fərmanı ilə təsdiq edilmiş «Tikintisi dondurulmuş, tikintisinin normativ müddətləri ötmüş və tikintisi başa çatdırılmamış obyektlərin özəlləşdirilməsi haqqında» Əsasnaməyə aşağıdakı dəyişikliklər edilsin:
1. 1-ci bənddən «Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası Qanununun və «Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı»nın tələblərinə uyğun olaraq hazırlanmış və» sözləri çıxarılsın.
2. 7-ci bəndin 4-cü abzasında «25» rəqəmi «20» rəqəmi ilə əvəz edilsin.
3. 10-cu bəndin birinci cümləsində «müsabiqə» sözü «investisiya müsabiqəsi» sözləri ilə əvəz edilsin.
4. 10-cu bəndin ikinci cümləsi çıxarılsın.
5. 16-cı bənddən «kommersiya müsabiqələri» sözü çıxarılsın.
V. «Dövlət müəssisələrinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında» Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 17 dekabr tarixli, 522 nömrəli fərmanına aşağıdakı dəyişikliklər və əlavə edilsin:
1. 1-ci bəndin 3-cü abzasında «Azərbaycan Respublikasının Nazirlər Kabineti» sözləri «Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət  Komitəsi» sözləri ilə əvəz edilsin.
2. 1-ci bəndin dördüncü abzası çıxarılsın.
3. 1-ci bəndin beşinci abzasında «7.7-ci yarımbəndinin» sözlərindən sonra «1-ci və» sözləri əlavə edilsin.
4. 3-cü və 4-cü bəndlər çıxarılsın.
VI. Azərbaycan Respublikası Prezidentinin «Ixtisaslaşdırılmış çek investisiya fondları haqqında» Əsasnamənin təsdiq edilməsi barədə» 1997-ci il 14 may tarixli, 579 nömrəli fərmanı ilə təsdiq edilmiş «Ixtisaslaşdırılmış çek investisiya fondları haqqında Əsasnamə»nin 3-cü bölməsinin 1-ci bəndindən «Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı»nın 7 nömrəli əlavəsinin 10-cu bəndinə müvafiq olaraq» sözləri çıxarılsın.
VII. Azərbaycan Respublikası Prezidentinin «Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında» Əsasnamənin təsdiq edilməsi barədə « 1997-ci il 19 dekabr tarixli, 659 nömrəli fərmanının preambulasında «1995-ci il 29 sentyabr tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı»na sözləri «Azərbaycan Respublikasının qanunvericiliyinə» sözləri ilə əvəz edilsin.
VIII. Azərbaycan Respublikası Prezidentinin «özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında «Əsasnamənin təsdiq edilməsi barədə» 1997-ci il 19 dekabr tarixli, 659 nömrəli fərmanı ilə təsdiq edilmiş «Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə»yə aşağıdakı dəyişikliklər edilsin:
1. 1-ci bənddən «Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı»na sözləri çıxarılsın.
2. 3-cü bəndin 4-cü abzasında və 12-ci bəndin 3-cü abzasında «75» rəqəmi «80» rəqəmi ilə əvəz edilsin.
3. 3-cü bəndin 5-ci abzasında «25» rəqəmi «20» rəqəmi ilə əvəz edilsin.
IX. Azərbaycan Respublikası Prezidentinin «Investisiya müsabiqəsi haqqında» Əsasnamənin təsdiq edilməsi barədə» 1998-ci il 28 sentyabr tarixli, 771 nömrəli fərmanı ilə təsdiq edilmiş «Investisiya müsabiqəsi haqqında Əsasnamə»nin 1.2-ci bəndinin 1-ci abzasında mötərizədə verilmiş «Azərbaycan Respublikasının Nazirlər Kabineti» sözləri çıxarılsın.
X. Bu fərmanın II-IX bəndlərində verilən fərmanların və əsasnamələrin mətnində müvafiq olaraq ismin uyğun hallarında təsdiq edilən «Dövlət Əmlak Komitəsi» və «DƏK» sözləri ismin uyğun hallarında «Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət  Komitəsi» sözləri ilə əvəz edilsin.
XI. «Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 yanvar tarixli, 253 nömrəli fərmanının 2-ci bəndinin ikinci abzasından «Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə özəlləşdirilən müəssisə və obyektlər, yerli icra hakimiyyəti orqanları ilə razılaşdırılaraq» sözləri çıxarılsın.
XII. Aşağıdakı normativ hüquqi aktlar qüvvədən düşmüş hesab edilsin:
    n «Dövlət mülkiyyətinin özəlləşdirilməsini tənzimləyən bir sıra normativ sənədlərin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 25 mart tarixli 451 nömrəli fərmanının 1-ci bəndinin ikinci, dördüncü, beşinci və altıncı abzasları; 
    n «Dövlət mülkiyyətinin özəlləşdirilməsinin həyata keçirilməsini təmin edən bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 24 sentyabr tarixli, 498 nömrəli fərmanı; 
     «Icarəyə verilmiş dövlət əmlakının özəlləşdirilməsin haqqında» Əsasnamənin təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 fevral tarixli, 550 nömrəli fərmanının 1-ci və 2-ci bəndləri; 
     «Dövlət müəssisəsinin özəlləşdirmən komissiyasının fəaliyyəti haqqında» Əsasnamənin təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 29 aprel tarixli, 576 nömrəli fərmanı; 
     «Dövlət özəlləşdirmə opsionları haqqında»n Əsasnamənin təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 14 may tarixli, 578 nömrəli fərmanı; 
    n «Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi qaydaları haqqında» Əsasnamənin təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 16 may tarixli, 584 nömrəli fərmanı; 
     «Azərbaycan Respublikasından dövlət mülkiyyətinin özəlləşdirilməsinin həyata keçirilməsinə nəzarəti təmin edən Dövlət Komissiyasının yeni tərkibi haqqında» Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 3 may tarixli, 306 nömrəli sərəncamı; 
     «Ixtisaslaşdırılmış çek auksionlarının mütəşəkkiln keçirilməsinin təmin edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 16 may tarixli, 569 nömrəli sərəncamı; 
    n «Investisiya müsabiqəsi haqqında» Əsasnamənin təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 28 sentyabr tarixli 771 nömrəli Fərmanı; 
     «Başa çatdırılmamış tikililərin ortaqlığınan icazə verilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 26 dekabr tarixli, 382 nömrəli fərmanı; 
     «Özəlləşdirilənn dövlət müəssisələrinin (birliklərinin) və ləğv olunmuş nazirlik, dövlət şirkəti və konsernlərinin sosial-mədəni və məişət-kommunal təyinatlı obyektləri haqqında» Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 25 fevral tarixli, 100 nömrəli Sərəncamı. 
XIII. Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət  Komitəsinə tapşırılsın ki, bu fərmandan irəli gələn lazımi tədbirləri görsün.
XIV. Bu Fərman dərc olunduğu gündən qüvvəyə minir.

Heydər ƏLIYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 dekabr 2000-ci il
№ 432
 
 
  
Azərbaycan Respublikası Prezidentinin
2000-
ci il 23 dekabr tarixli,
432 
mrəli rmanı ilə
sdiq edilmişdir

Dövlət əmlakının hərraclar vasitəsilə satışı
Qaydaları
 
1. Ümumi müddəalar 
 
1.1. Bu Qaydalar «Dövlət əmlakının özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının Qanununa, «Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı»na müvafiq olaraq hazırlanmışdır və dövlət əmlakının hərraclar vasitəsilə satışının keçirilməsi qaydalarını, alıcıların hərracda iştirak etməsi və hesablaşma şərtlərini, qaliblərin müəyyənləşdirilməsi və özəlləşdirilən əmlaka mülkiyyət hüququnun rəsmiləşdirilməsi qaydalarını müəyyən edir.
1.2. Hərraclar vasitəsilə dövlət əmlakının satışı özəlləşdirilən əmlak barəsində alıcıdan hər hansı bir şərtin yerinə yetirilməsi tələb olunmadan özəlləşdirmədə alıcı kimi tanınan fiziki və hüquqi şəxslərin mülkiyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada özgəninkiləşdirilməsidir.
Bu zaman əmlak üzərində mülkiyyət hüququ hərracın gedişində maksimum qiymət təklif etmiş alıcıya verilir. Alıcı əmlakın hərrac dəyərini pulla ödəyir.
1.3. Özəlləşdirilən dövlət əmlakının satıcısı kimi Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət  Komitəsi çıxış edir.
 
2. Hərracların keçirilməsinə hazırlıq 
 
2.1. Satıcı hərraca hazırlıq mərhələsində:
    n hərrac gününə ən azı 30 (otuz) gün qalmış hərrac haqqında məlumatın Satıcının rəsmi mətbu orqanı olan «Mülkiyyət» qəzetində dərc olunmasını təmin edir; 
     hərracların keçirilməsi üzrə komissiya təşkil edir və zəruri hallarda onun işinə müstəqil ekspertlər cəlb edir;n 
     əmlakı hərraca çıxırılan müəssisə və obyektin, dövlətə məxsus səhmin start qiymətini müvafiq qaydada müəyyən edir;n 
     hərracın iştirakçıları ilə hesablaşmalar aparır;n 
    n hərraclarda iştirak etmək istəyən şəxslərdən sifarişləri və ona əlavə olunmuş sənədləri qəbul edir, onların qeydiyyatını aparır. 
2.2. Hərracların keçirilməsi haqqında məlumatda aşağıdakılar öz əksini tapmalıdır:
     hərracın keçirilməsi forması;n 
     hərraca çıxarılan əmlakın tam adı, hüquqi ünvanı və ya yerləşdiyi ünvan;n 
     müəssisənin, obyektin və ya onların səhmlərinin start qiyməti;n 
    n özəlləşdirilən müəssisənin (obyektin) yerləşdiyi torpaq sahəsi və onun üzərində yerləşən tikililərin xarakteristikası, onların öhdəliklərlə yüklənməsi (əgər mövcuddursa);
     müəssisənin digər müəssisələrdə iştirak payının (səhmlər, hissələr) həcmi;n 
     qeyri-maddi aktivlər (patent, ticarət markası və s.);n 
     müəssisənin öhdəlikləri (müqavilə, büdcə, kredit və digər öhdəlikləri);n 
     müəssisənin buraxdığı məhsulların (işlərin, xidmətlərin) əsas çeşidi;n 
     işçilərin sayı;n 
     müəssisənin ekoloji vəziyyəti;n 
     buraxılmış səhmlərin nominal dəyəri;n 
     müəssisənin səhmlərinin satışı üsulu;n 
     səhmlərin satışına qoyulan məhdudiyyətlər (bu cür məhdudiyyətlər müəyyən edilmişsə);n 
     satışa çıxarılan səhmlərin ümumi miqdarı və növü;n 
     bir səhmin nominal dəyəri;n 
     sifarişlərin qəbulunun başlanma və başaçatma tarixləri;n 
    n sifariş və sənəd qəbulu məntəqələrinin ünvanları (zərurət olduqda mərtəbə, otaq, telefon nömrəsi, qəbul saatları göstərilməklə); 
    n hərraclarda iştirak etmək üçün sifarişçilərin sifariş ilə birlikdə verəcəkləri sənədlərin siyahısı və onların tərtib edilməsi üçün irəli sürülən tələblər; 
     hərracların keçirilməsi tarixi, vaxtı və ünvanı;n 
     satıcı və komissiyanın qərargahının telefon nömrələri və ünvanı;n 
     ilkin satış qiymətinin 10 faizi həcmində hesablanan behin məbləği və behin köçürülməsi üçün müvafiq bank hesabı;n 
     alıcıları maraqlandıran digər məlumatları almaq qaydası;n 
2.3. Məlumatın dərc olunduğu gündən hərracda iştirak etmək üçün sifariş vermiş şəxslərə satışa çıxarılan əmlak ilə qabaqcadan tanış olmaq imkanı yaradılır.
 
3. Hərraclarda iştirak etmə şərtləri 
 
3.1. Hərraca qanunvericiliyə müvafiq olaraq alıcı hesab edilən, sifariş və digər zəruri sənədləri hərracın başlanmasına ən geci üç bank günü qalanadək təqdim etmiş və özəlləşdirmə obyektinin ilkin satış qiymətinin 10 faizi həcmində beh köçürmüş hüquqi və fiziki şəxslər buraxılırlar.
3.2. Hərraclarda iştirak etmək üçün sifarişçi satıcının müəyyən etdiyi formada sifariş təqdim edir. Sifarişin və ona əlavə edilən sənədlərin qəbulu dərc olunmuş məlumatda göstərilən müddətdə həyata keçirilir.
3.3. Hərracda iştirak etmək istəyən şəxslər sifarişə aşağıdakı sənədləri əlavə edirlər:
     satıcı tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən ödəmə sənədinin surəti;n 
     hüquqi şəxslər üçün təsis sənədlərinin müəyyən olunmuş qaydada təsdiq edilmiş surətləri;n 
     fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti.n 
3.4. Hərraclarda iştirak etmək üçün sifariş hüquqi və fiziki şəxsin nümayəndəsi tərəfindən verildiyi təqdirdə o, özünün sifarişçisi adından hərəkət etmək hüququnu təsdiq edən sənəd təqdim etməlidir.
3.5. Sifariş və ona əlavə edilmiş sənədlər satıcı tərəfindən qəbul edilib qeydiyyada alınır və bunun müqabilində hərracda iştirak etmək üçün buraxılmış şəxslərə onların hərracda iştirak etmə nömrəsi, satışa çıxarılan əmlakın adı əks olunan bilet verilir. Bilet verildiyi andan sifarişçi hərrac iştirakçısı statusu alır.
3.6. Sifarişçi aşağıdakı hallarda hərraclarda iştirak etməyə buraxılmır:
     sifariş vermiş şəxs qanunvericiliyə müvafiq olaraq alıcı kimi tanınmadıqda;n 
     sifarişçinin nümayəndəsinin səlahiyyəti qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edilmədikdə;n 
    n hərracın keçirilməsi haqqında məlumatda göstərilən siyahı üzrə sənədlər tam şəkildə təqdim olunmadıqda, yaxud onlar lazımi qaydada tərtib edilmədikdə; 
     beh satıcının hesabına sifarişdə göstərildiyindən az həcmdə və ya müəyyən edilmiş müddətdən gec köçürüldükdə.n 
3.7. Hərracların keçirilməsi haqqında məlumatda göstərilən müddət başa çatdıqdan sonra hərraclarda iştirak etmək üçün daxil olan sifarişlər və onlara əlavə edilmiş sənədlər satıcı tərəfindən qəbul olunmur.
3.8. Satıcı hərraclarda iştirak etmək üçün sifarişçilərin verdikləri sifarişlərin və əlavə sənədlərin qorunub saxlanılmasını təmin edən tədbirlər görür.
 
4. Hərracın keçirilməsi qaydası 
 
4.1. Hərracın keçirilməsi məqsədilə satıcı tərəfindən komissiya yaradılır və onun iş reqlamenti təsdiq olunur. Komissiya 5 (beş) nəfərdən ibarət olmaqla onun tərkibinə satıcının, satışa çıxarılan əmlakın yerləşdiyi ərazi üzrə yerli icra hakimiyyəti orqanının, yerli maliyyə və ədliyyə orqanlarının nümayəndələri daxil edilir. Komissiyanın sədri satıcının nümayəndələrindən təyin olunur: 
4.2. Komissiya: 
     hərracın keçirilməsini təmin edir;n 
     hərrac iştirakçılarının qeydiyyatını aparır və bu barədə müvafiq məlumatı hazırlayıb satıcıya təqdim edir;n 
     hərracın gedişində mübahisəli vəziyyət yarandıqda, hərracı dayandırır və bu barədə satıcıya müvafiq məlumat verir;n 
     hərracın qalibini müəyyən edir;n 
     hərracın yekun və digər protokollarını rəsmiləşdirir və onu təsdiq etmək üçün satıcıya təqdim edir;n 
     satıcı tərəfindən ona tapşırılmış digər vəzifələri yerinə yetirir.n 
4.3. Komissiyanın qərarları iclasda iştirak edən komissiya üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermədə hər bir komissiya üzvü bir səsə malikdir. Komissiyanın üzvlərinin azı üçdə ikisi iclasda iştirak edərsə, komissiya öz səlahiyyətinə aid olan məsələləri həll etmək hüququna malikdir. Səslər bərabər olduqda komissiya sədrinin səsi həlledici hesab olunur. Komissiyanın işində mütəmadi olaraq iştirak etməyən və ya onun reqlamentini pozan üzvün komissiya üzvlüyündən çıxarılmasına dair satıcı məsələ qaldıra bilər. Bu halda həmin şəxs digər şəxslə əvəz olunur. Komissiyanın qərarları protokollaşdırılır və iclasda iştirak etmiş bütün komissiya üzvləri tərəfindən imzalanır.
4.4. Hərrac aşağıdakı qaydada həyata keçirilir:
     hərracı satıcı tərəfindən muzdla tutulmuş hərracçı aparır;n 
    n hərrac müəssisəsinin (obyektin) və səhmin qısa xarakteristikası və ilkin satış qiymətinin elan olunması ilə başlanır. Satış qiyməti elan olunduqdan sonra hərrac iştirakçıları öz biletlərini qaldırmaqla elan olunmuş qiymətə müəssisəni (obyekti) və ya səhmi almağa razı olduqlarını bildirirlər; 
     ilkin satış qiyməti iştirakçılar tərəfindən əlavə etmə yolu ilə artırılır.n 
Hər yeni təklif ilkin satış qiymətinin 1 faizindən az olmamalıdır;
    n hərracçı yeni satış qiymətini üç dəfə təkrar edir. Təklif olunmuş qiymətə dair digər alıcılardan heç biri biletini qaldıraraq münasibətini bildirmədikdə, hərrac başa çatmış hesab edilir. Ən yüksək qiyməti təklif etmiş iştirakçı hərracın qalibi sayılır. Hərracçı müəssisənin (obyektin) və ya səhmin (səhm zərfinin) satıldığını, satış qiymətini və qalibin biletinin nömrəsini elan edir; 
     ilkin qiymət 3 (üç)n dəfə elan olunduqdan sonra alıcılardan heç biri biletini qaldırmazsa, hərrac baş tutmamış hesab olunur və müəssisə (obyekt) səhm satıcıya qaytarılır; 
     özəlləşdirilən müəssisələrin (obyektlərin),n səhmlərin hərracda satışı zamanı alıcı kimi hüquqi və fiziki şəxs, o cümlədən əmək kollektivi hərracın yeganə iştirakçısı olarsa, bu halda müəssisə (obyekt) və səhmlər həmin şəxsə, qanunvericiliklə müəyyən edilmiş qaydada, start qiyməti ilə yaxud hərrac şərtləri ilə müəyyənləşən qiymətlə satılır. 
     hərrac başa çatdıqdan sonran hərrac komissiyası hərracın yekunlarını protokollaşdırır. Hərracın nəticələrinə görə yekun protokolu iki nüsxədə tərtib edilir, hərraca yekun vurulan gün iclasda iştirak edən komissiya üzvləri tərəfindən imzalanır və təsdiq olunmaq üçün satıcıya verilir. Həmin protokol 3 (üç) gün müddətində satıcı tərəfindən təsdiq edilir. Protokol 2 (iki) nüsxədə alıcı və ya onun nümayəndəsi, komissiyanın sədri və üzvləri tərəfindən imzalanır. Protokolda satıcı və alıcı haqqında məlumatlar, özəlləşdirilən müəssisənin (obyektin) və səhmin adı, axırıncı satış qiyməti, habelə alqı-satqı müqaviləsini imzalamaq haqqında tərəflərin öhdəlikləri əks olunur. Hərracın yekunları haqqında protokolun bir nüsxəsi alıcıya verilir. Bu protokol obyekt üzrə alqı-satqı müqaviləsi bağlanması üçün alıcının hüququnu təsdiq edən sənəddir. Hərracın qalibi hərrac başa çatdıqdan sonra həmin gün hərracın yekunları haqqında protokola imza etməlidir; 
     hərrac baş tutmadığdı hallarda onunn yekunu protokollaşdırılır və protokolda müəssisənin (obyektin) və səhmin satıcıya qaytarılması qeyd edilir; 
     hərracın qalibi hərracn başa çatdığı gün onun yekunları haqqında protokolu imzalamadıqda hərracın nəticələri ləğv edilir, köçürülmüş beh geri qaytarılmır, müəssisə və obyekt satıcının sərəncamında qalır. 
4.5. Kiçik müəssisələrin özəlləşdirilməsi zamanı kiçik müəssisənin nizamnamə kapitalının 85 faizi hərraca satışa çıxarılır. Kiçik müəssisənin hərraca çıxarılan hissəsinin (müəssisənin nizamnamə kapitalının, obyektin start qiymətinin 85 faizinin) qalibi əmək kollektivi olduqda, bu hissə 100 faiz hesab edilməklə:
     hərrac qiymətinin 30 faizi üzrə müvafiqn qaydada alqı-satqı müqaviləsi bağlandıqdan sonra ən geci 5 (beş) bank günü ərzində vəkil olunmuş şəxs tərəfindən pulla ödənilir; 
    n hərrac qiymətinin 30 faizi üzrə ödənişi həyata keçirən alıcılara hərrac qiymətinin 30 faizi həcmində güzəşt edilir (bu hissə əmək kollektivi üzvləri arasında bərabər bölüşdürülməklə əvəzsiz verilir); 
     40n faiz alqı-satqı müqaviləsində müəyyənləşən müddətdə, lakin 2 (iki) ildən gec olmayaraq vəkil olunmuş şəxs tərəfindən ödənilir. 
4.6. Dövlət əmlakının satışı üzrə keçirilən ilk iki hərracda sifariş verilmədikdə (və ya əmlak satılmadıqda), satıcı tərəfindən üçüncü hərracda həmin əmlakın start qiyməti ilkin start qiymətinin 10 faizi həcmində, dördüncü hərracda ilkin start qiymətinin 25 faizi həcmində, beşinci hərracda ilkin start qiymətinin 50 faizi həcmində aşağı salınır. Bu qaydada satılmayan dövlət müəssisələri müəyyən olmuş qaydada ləğv edilir və onun əmlakı (tikililər, avadanlıq, qurğular və sair) ayrı-ayrılıqda yuxarıda göstərilən qaydada hərrac vasitəsilə satılır.
4.7. Hərracın nəticələri hərracın keçirildiyi gündən 15 (on beş) gün müddətində Satıcının rəsmi mətbu orqanı olan «Mülkiyyət» qəzetində dərc olunur. Bu məlumatda aşağıdakılar göstərilir:
4.7.1. Satılmış kiçik müəssisələr və obyektlər üzrə:
     hərraca satışa çıxarılmış müəssisənin (obyektin) yerləşdiyi ünvan;n 
     hərracın nəticələrinə görə dövlət büdcəsinə ödənilməli olan pul vəsaitinin məbləği;n 
     hərracın digər iştirakçıları ilə hesablaşmaların aparılması qaydası və müddəti.n 
4.7.2. Satılmış səhmlər üzrə:
     səhmdar cəmiyyətinin tam və qısaldılmış adı və hüquqi ünvanı;n 
     buraxılmış səhmlərin ümumi sayı;n 
     satışa çıxarılmış səhm zərfinin nominal dəyəri və satış qiyməti;n 
     satılmış səhmlərin ümumi miqdarı.n 
 
5. Hərracın nəticələri üzrə əqdlərin bağlanılması 
 
5.1. Satıcı və alıcı arasında hərracın yekunları haqqında protokol imzalandığı andan 10 (on) təqvim günü ərzində qüvvədə olan qanunvericiliyə müvafiq olaraq alqı-satqı müqaviləsi imzalanmalıdır. Alıcı göstərilən müddətdə müqaviləni imzalamaqdan imtina etdikdə onun tərəfindən ödənilmiş beh geri qaytarılmır və tam məbləğdə dövlət büdcəsinə köçürülür.
5.2. Hərracın yekunları üzrə bağlanmış alqı-satqı müqaviləsində aşağıdakılar göstərilir:
     satılmış müəssisənin (obyektin) adı və ya səhm zərfinin həcmi;n 
     obyektin alınma qiyməti;n 
     alıcı haqqında məlumatlar və onun ünvanı;n 
     obyektin verilməsi qaydası, ödənişin forma və müddətləri.n 
5.3. Hərracın qalibi müqavilənin bağlandığı andan ən geci 30 (otuz) bank günü müddətində ödənilməli olan pul vəsaitini satıcının müəyyən etdiyi hesaba köçürür.
5.4. Müəyyən olunmuş müddətdə alıcı qeyd olunan məbləği ödəmədiyi halda alqı-satqı müqaviləsi qüvvədən düşmüş hesab edilir və köçürülmüş beh geri qaytarılmır və tam məbləğdə dövlət büdcəsinə köçürülür.
5.5. Hərracda müəssisənin (obyektin) və səhmin satışı üçün ödənilmiş beh satılan müəssisənin (obyektin) və səhmin satış qiymətinə daxil edilir. Hərracın digər iştirakçılarının ödəmiş olduqları beh, satıcı tərəfindən təqdim edilmiş siyahılar üzrə hərrac iştirakçısının tələbi ilə 10 (on) bank günü müddətində geri qaytarılır.
5.6. Satıcı hərracın nəticələri haqqında məlumatı hərracın keçirildiyi gündən 15 (on beş) gün müddətində Satıcının rəsmi mətbu orqanı olan «Mülkiyyət» qəzetində dərc etdirir, müəssisənin maliyyə-təsərrüfat vəziyyəti haqqında sənədləri, alqı-satqı müqaviləsi rəsmiləşdirildikdən sonra isə mülkiyyət haqqında şəhadətnaməni alıcıya verməli, habelə alqı-satqı müqaviləsində göstərilən digər öhdəlikləri yerinə yetirməlidir.
 
6. Özəlləşdirmə əqdlərinin etibarsız hesab edilməsi 
 
Özəlləşdirmə əqdləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada və hallarda etibarsız hesab edilir.
  


Azərbaycan Respublikası Prezidentinin
2000-ci il 23 dekabr tarixli,
432 nömrəli Fərmanı ilə
təsdiq edilmişdir
 
Dövlət əmlakının ixtisaslaşdırılmış çek və pul hərraclarında satışı
Qaydaları
 
1. Ümumi müddəalar 
 
1.1. Bu qaydalar «Dövlət əmlakının özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının Qanununa, «Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı»na (bundan sonra - II Dövlət Proqramı) müvafiq olaraq hazırlanmışdır və özəlləşdirmə prosesində yaradılmış səhmdar cəmiyyətlərinin səhmlərinin və ya səhm zərflərinin ixtisaslaşdırılmış çek və pul hərracları vasitəsi ilə satışının keçirilməsinin ümumi qaydalarını, alıcıların hərraclarda iştirak etməsi və hesablaşma şərtlərini, qaliblərin müəyyənləşdirilməsi və özəlləşdirilən əmlaka mülkiyyət hüququnun rəsmiləşdirilməsi qaydalarını müəyyən edir.
1.2. Dövlət əmlakının ixtisaslaşdırılmış çek və pul hərraclarında satışı özəlləşdirmə prosesində yaradılmış səhmdar cəmiyyətlərinin səhmlərinin və ya səhm zərflərinin sifarişlər əsasında dövlət özəlləşdirmə payları (çekləri) və ya pul müqabilində özgəninkiləşdirilməsidir.
1.3. Özəlləşdirmə prosesində, qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsi nəticəsində yaradılmış səhmdar cəmiyyəti dövlət qeydiyyatına alındıqdan və səhmləri buraxıldıqdan sonra 30 (otuz) gün müddətində II Dövlət Proqramı ilə nəzərdə tutulmuş qaydada səhmdar cəmiyyətinin səhmlərinin ixtisaslaşdırılmış çek hərraclarında satılması barəsində satıcı tərəfindən qərar qəbul edilir.
Özəlləşdirmə çekləri tədavüldən çıxarıldığı andan ixtisaslaşdırılmış çek hərracları və dövlət müəssisələrinin işçilərinə güzəştlə satılmaq üçün nəzərdə tutulmuş, lakin satılmamış səhmlər ixtisaslaşdırılmış pul hərraclarında satılır.
1.4. Özəlləşdirilən dövlət əmlakının satıcısı kimi Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət  Komitəsi çıxış edir.
 
2. Ixtisaslaşdırılmış çek və pul hərraclarının keçirilməsinə hazırlıq 
 
2.1. Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət  Komitəsi:
    n hərrac gününə ən azı 30 (otuz) gün qalmış hərrac haqqında məlumatın Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət  Komitəsinin rəsmi mətbu orqanı olan «Mülkiyyət» qəzetində dərc olunmasını təşkil edir; 
     hərracların keçirilməsi üzrə komissiya təşkil edir və zəruri hallarda onun işinə müstəqil ekspertlər cəlb edir;n 
     hərracın iştirakçıları ilə hesablaşmalar aparır;n 
     hərraclarda iştirak etmək istəyən şəxslərdən sifarişləri qəbul edir, onların qeydiyyatını aparır.n 
2.2. Hərracların keçirilməsi haqqında məlumatda aşağıdakılar göstərilməlidir:
     səhmləri hərraca çıxarılan səhmdar cəmiyyətinin tam adı, hüquqi ünvanı;n 
     səhmdar cəmiyyətinin nizamnamə kapitalının məbləği;n 
     buraxılan səhmlərin və hərracda satılan səhmlərin ümumi miqdarı;n 
     bir səhmin nominal dəyəri;n 
     səhmləri satışa çıxarılan səhmdar cəmiyyətinin əsas fəaliyyət (iş, xidmət) növləri;n 
    n pul vəsaitinin köçürülməsinin forması, müddəti, qaydaları və sifarişçilər tərəfindən pul vəsaitinin köçürəcəyi hesabların rekvizitləri; 
     sifarişlərin qəbulunun başlanma və başa çatma tarixləri;n 
     sifariş və sənəd qəbulu məntəqələrinin ünvanları (mərtəbə, otaq, telefon nömrəsi, qəbul saatları göstərilməklə);n 
    n hərraclarda iştirak etmək üçün sifarişçilərin sifarişlə birlikdə verəcəkləri sənədlərin siyahısı və onların tərtib edilməsinə dair tələblər; 
     hərracların keçirilməsi tarixi, vaxtı və yeri;n 
     Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət  Komitəsinin və komissiyanın qərargahının telefon nömrələri və ünvanı;n 
    n ixtisaslaşdırılmış pul hərracının keçirilməsi barədə elan dərc olunduqda, əlavə olaraq pul vəsaitinin keçirilməsi üçün müəyyən edilmiş hesab; 
     qanunvericilikdə nəzərdə tutulmuş digər məlumatlar.n 
2.3. Məlumatın dərc olunduğu gündən hərracda iştirak etmək üçün sifariş vermiş şəxslərə satışa çıxarılan əmlakla qabaqcadan tanış olmaq imkanı yaradılır.
 
3. Ixtisaslaşdırılmış çek və pul hərraclarında iştirak etmə şərtləri 
 
3.1. Hərraclarda iştirak etmək üçün qanunvericiliyə müvafiq olaraq dövlət əmlakının alıcısı kimi tanınan, hərraclarda iştirak etmək üçün vaxtında sifariş vermiş, hərracların keçirilməsinə dair dərc olunan məlumatdakı sənədləri lazımi qaydada tərtib və təqdim etmiş fiziki və hüquqi şəxslər (bundan sonra - sifarişçi) buraxılır.
3.2. Hərraclarda iştirak etmək üçün sifarişçi satıcının müəyyən etdiyi formada sifarişi tərtib edir. Sifarişin və ona əlavə edilən sənədlərin qəbulu dərc olunmuş məlumatda göstərilən tarixdən həyata keçirilir.
3.3. Hərracda iştirak etmək istəyən şəxslər sifarişə aşağıdakı sənədləri əlavə etməlidirlər;
     satışa çıxarılın səhmlərin dəyərinin ödənilməsi (pul və ya özəlləşdirmə çekləri ilə) haqda sifariş;n 
     hüquqi şəxslər üçün təsis sənədlərinin müəyyən olunmuş qaydada təsdiq edilmiş surətləri;n 
     fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti;n 
     səhmlərin dəyəri özəlləşdirmə çekləri ilə ödənildikdə - özəlləşdirmə çekləri;n 
    n ixtisaslaşdırılmış pul hərraclarında pul vəsaitinin Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət  Komitəsinin müəyyən etdiyi hesaba ödənildiyini təsdiq edən sənəd. 
Hərraclarda iştirak etmək üçün sifariş hüquqi və ya fiziki şəxsin nümayəndəsi tərəfindən verildiyi təqdirdə o, özünün sifarişçi adından hərəkət etmək hüququnu təsdiq edən etibarnamə təqdim etməlidir.
Sifariş və ona əlavə edilmiş sənədlər Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət  Komitəsi tərəfindən qəbul edilib qeydiyyata alınır və bunun müqabilində qəbz verilir.
3.4. Hərracların keçirilməsi haqqında məlumatda sifarişlərin qəbulu üçün göstərilən müddət başa çatdıqdan sonra hərraclarda iştirak etmək üçün daxil olan sifarişlər və onlara əlavə edilmiş sənədlər satıcı tərəfindən qəbul olunmur.
3.5. Sifarişlər 5 (beş) gün müddətində qəbul edilir.
3.6. Sifarişçi aşağıdakı hallarda hərraclarda iştirak etməyə buraxılmır:
     sifariş vermiş şəxs qanunvericiliyə müvafiq olaraq alıcı kimi tanınmadıqda;n 
     sifarişçinin nümayəndəsinin səlahiyyəti qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edilmədikdə;n 
    n hərracın keçirilməsi haqqında məlumatda göstərilən siyahı üzrə sənədlər tam şəkildə təqdim olunmadıqda, yaxud onlar düzgün tərtib edilmədikdə. 
3.7. Ixtisaslaşdırılmış çek hərracında bir özəlləşdirmə çekinə düşəcək səhm üçün sifarişçi tərəfindən minimum hədd qoyulmadıqda sifariş 1-ci növ, belə hədd qoyulduqda isə 2-ci növ sifariş adlanır.
Ixtisaslaşdırılmış pul hərracında 1-ci növ sifarişçi ödədiyi məbləğə görə düşəcək səhmlərin miqdarına aşağı hədd qoymur, 2-ci növ sifarişçi isə almaq istədiyi səhmlərin minimum miqdarını sifarişində göstərir.
Ixtisaslaşdırılmış pul hərracının iştirakçısı tərəfindən təqdim edilən sifarişdə səhmlərin dəyərini ödəmək üçün təklif edilən pul vəsaitinin məbləği 10000 (on min) manat və ya bu məbləğin 2 və daha çox tam mislinə bərabər olmalıdır.
3.8. Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət  Komitəsi hərraclarda iştirak etmək üçün sifarişçilərin verdikləri sifariş və əlavə sənədlərin qorunub saxlanılmasını, həmçinin sifariş vermiş şəxslərin sənədlərinin vəziyyəti, eləcə də onların ödənişləri haqqında məlumatın gizli saxlanılmasını təmin edən tədbirlər həyata keçirir.
 
4. Hərracların keçirilməsi qaydası 
 
4.1. Hərracların keçirilməsi məqsədilə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət  Komitəsi tərəfindən komissiya yaradılır və onun iş reqlamenti təsdiq olunur.
4.2. Komissiya:
     hərracın keçirilməsini təmin edir;n 
    n hərrac iştirakçılarının qeydiyyatını aparır və bu barədə müvafiq məlumatı hazırlayıb Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət  Komitəsinə təqdim edir; 
     hərracın gedişində mübahisəli vəziyyətn yarandıqda hərracı dayandırır və bu barədə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət  Komitəsinə müvafiq məlumat verir; 
     hərracın qalibini müəyyən edir;n 
    n hərracın yekun və digər protokollarını rəsmiləşdirir və onu təsdiq etmək üçün Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət  Komitəsinə təqdim edir; 
     Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət  Komitəsi tərəfindən müəyyən edilmiş digər vəzifələri yerinə yetirir.n 
4.3. Komissiyanın qərarları iclasda iştirak edən komissiya üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermədə hər bir komissiya üzvü bir səsə malikdir. Komissiyanın üzvlərinin azı üçdə ikisi iclasda iştirak edərsə, komissiya öz səlahiyyətinə aid olan məsələləri həll etmək hüququna malikdir. Səslər bərabər olduqda, komissiya sədrinin səsi həlledicidir. Komissiyanın hərraclar haqqında qərarları protokollaşdırılır və iclasda iştirak etmiş bütün komissiya üzvləri tərəfindən imzalanır.
4.4. Ixtisaslaşdırılmış çek hərraclarında satışa çıxarılmış səhmlərin 95 faizindən az olmayan hissəsi satılmalıdır. Bunun üçün zəruri hallarda səhmlərin bölünməsi, yəni satışa çıxarılmış səhmlərin ümumi nominal dəyərini dəyişdirmədən, bir səhmin eyni nominallı daha kiçik səhmlərə bölünməsi əməliyyatı həyata keçirilə bilər.
 
5. Ixtisaslaşdırılmış çek hərraclarının keçirilməsi qaydası 
 
5.1. Ixtisaslaşdırılmış çek hərracı aşağıdakı qaydada keçirilir:
     komissiya hərracın məzənnəsini (satış qiymətini), yəni səhm/çek nisbətini müəyyən edir;n 
     1-ci növ bütün sifarişlər ödənilir;n 
     satış qiymətindən aşağı qiymət göstərilmiş bütün 2-ci növ sifarişlər ödənilir;n 
     satış qiymətinə bərabər qiymət göstərilmiş 2-ci növ sifarişlər 5.7-ci bənddə müəyyən olunmuş qaydada ödənilir;n 
     satış qiymətinə bərabər qiymətdən yüksək qiymət göstərilmiş 2-ci növ sifarişlər hərracdan çıxarılır.n 
5.2. Sifarişləri ödənilmiş bütün iştirakçılar hərracın qalibi sayılırlar.
5.3. Hərracın məzənnəsi, yəni səhm/çek nisbəti aşağıdakı düsturla müəyyən edilir:
K = Sü/Çü
burada,
K -  hərracın məzənnəsidir (səhm/çek);
Sü -  hərraca çıxarılmış səhmlərin ümumi sayıdır;
Çü -  hərraca təqdim edilmiş bütün sifarişlərdə səhmlərin dəyərini ödəmək üçün təklif edilən çeklərin ümumi sayıdır.
5.4. 1-ci növ sifariş vermiş qaliblərə satılan səhmlərin sayı aşağıdakı kimi müəyyənləşdirilir:
S1 = Ç1xK
Burada,
S1 -  qaliblərə satılan səhmlərin sayı;
K -  hərracın məzənnəsi (səhm/çek);
Ç1 - sifarişlərdə göstərilmiş özəlləşdirmə çeklərinin sayı.
5.5. 2-ci növ sifariş vermiş və satış qiymətindən aşağı qiymət göstərmiş qaliblərə satılan səhmlərin sayı hərracın məzənnəsinə uyğun olaraq müəyyən edilir.
5.6. 2-ci növ sifariş vermiş və satış qiymətinə bərabər qiymət göstərmiş iştirakçılara satılan səhmlərin ümumi sayı aşağıdakı düstur ilə müəyyənləşdirilir:
S2 = Sü - S
Burada
S2 - 2-ci növ sifariş vermiş iştirakçılara satılan səhmlərin ümumi sayı;
Sü - hərracda satılan səhmlərin ümumi sayı;
S - bu Əsasnamənin 5.4-cü və 5.5-ci bəndlərinə uyğun hərrac qaliblərinə satılan səhmlərin ümumi sayıdır.
5.7. 2-ci növ sifarişlərdə səhmlərin təklif olunan qiyməti satış qiymətinə bərabər olduqda bu sifarişlər aşağıdakı qaydada ödənilir:
    n əvvəlcə daha çox sayda özəlləşdirmə çekləri göstərilən sifarişlər ödənilir, sonra göstərilən özəlləşdirmə çeklərinin sayına görə ikinci olan sifarişlər ödənilir. Bu Əsasnamənin 5.5-ci bəndində göstərildiyi kimi səhmlərin ümumi sayı S2 səviyyəsinə çatanadək iştirakçılar tərəfindən alınır. 
 
6. Ixtisaslaşdırılmış pul hərraclarının keçirilməsi qaydası 
 
6.1. Ixtisaslaşdırılmış pul hərracları aşağıdakı qaydada keçirilir:
    n sifarişlərdə göstərilən pul vəsaitinin ümumi məbləği satışa çıxarılan səhmlərin ümumi nominal dəyərinin 10 faizindən az və 20 faizindən çox olmadıqda hərraca çıxarılmış səhmlər tam (100 faiz miqdarında) satılır. Əgər sifarişlərdə göstərilən pul vəsaitinin ümumi məbləği satışa çıxarılan səhmlərin ümumi nominal dəyərinin 60 faizi məbləğində və ya bundan çoxdursa, o halda hərraca çıxarılmış səhmlərin yalnız 20 faizi satılır. Qalan səhmlər növbəti hərraca çıxarılır. Sifarişlərdə göstərilən pul vəsaitinin ümumi məbləği satışa çıxarılın səhmlərin ümumi nominal dəyərinin 20 faizindən çox 60 faizindən az hissəsini təşkil etdikdə satılan səhmlərin miqdarı, verilən sifarişlərdəki pul vəsaitinin ümumi məbləği artdıqca satılacaq səhmlərin sayının azalması prinsipinə əsasən müəyyən edilir və aşağıdakı qaydada hesablanır: 
 
Sifarişlərdə göstərilən pul vəsaitinin ümumi məbləğinin satışa çıxarılan səhmlərin ümumi nominal dəyərinə nisbəti, faizlə Hərraca çıxarılmış səhmlərin satılacıq hissəsi, faizlə
20 + N 60 – N
 
Burada
N - sifarişlərin məcmu məbləğinin səhmlərin ümumi dəyərinə nisbəti hissəsinin faizlə ifadəsidir.
Satılmayan səhmlər yuxarıda müəyyən olunmuş qaydada növbəti hərraca çıxarılır.
    n sifarişlərdə təklif olunmuş pul vəsaitinin ümumi məbləği satışa çıxarılan səhmlərin ümumi nominal dəyərinin 10 faizindən az olduqda ixtisaslaşdırılmış pul hərracı baş tutmamış hesab edilir. Ödənilmiş pul vəsaiti hərracın baş tutmaması haqqında qərar qəbul edildikdən sonra 10 (on) gün müddətində sifarişçilərə qaytarılır. 
     sifarişçilərn hərracda iştirak etmək üçün təklif etdiyi pul vəsaitinin satıcı tərəfindən qabaqcadan elan edilmiş bank hesabına köçürmə yolu ilə və ya Respublika Auksion Mərkəzinə (onun zona bölmələrinə) satıcı tərəfindən müəyyən edilmiş qaydada nağd şəkildə ödəyə bilərlər; 
    n sifarişlərin qəbulu üçün müəyyən edilmiş müddət başa çatdıqdan sonra ödənilmiş pul vəsaiti 3 (üç) gün müddətinə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət  Komitəsinin hesabına daxil olmazsa, komissiya tərəfindən qəbul edilməmiş sayılır və hərracın məzənnəsi müəyyən edilərkən nəzərə alınmır; 
     hərrac komissiyası daxil olmuş sifarişlərin əsasında hərracın məzənnəsini, yəni səhm/pul nisbətini müəyyən edir;n 
     bütün 1-ci növ sifarişlər ödənilir;n 
     hərrac məzənnəsindən aşağı qiymət təklif etmiş iştirakçıların bütün 2-ci növ sifarişləri ödənilir;n 
     hərrac məzənnəsinə bərabər qiymət göstərilmiş 2-ci növ sifarişlər 6.4.4-cü bənddə göstərilən qaydada ödənilir;n 
    n hərrac məzənnəsindən yüksək qiymət təklif etmiş 2-ci növ sifarişlər ödənilmir. Həmin sifarişçilər tərəfindən ödənilmiş pul vəsaiti hərracın nəticələri barədə qərar qəbul edildikdən sonra 10 (on) gün müddətində sifarişçilərə qaytarılır. 
6.2. Sifarişləri ödənilmiş bütün iştirakçılar hərracın qalibi hesab edilirlər.
6.3. Hərracın məzənnəsi, yəni hər 10000 (on min) manata düşən səhmlərin sayı aşağıdakı düsturla müəyyən edilir:
K - 10000 x Sü/Mü
burada,
K -  hərracın məzənnəsi;
Sü -  hərraca çıxarılmış səhmlərin ümumi sayı;
Mü -  hərraca təqdim edilmiş bütün sifarişlərdə səhmlərin dəyərini ödəmək üçün təklif edilən pul vəsaitinin ümumi məbləğidir.
6.4. Qalib elan edilmiş hərrac iştirakçılarına satılan səhmlərin sayı aşağıdakı qaydada müəyyən edilir:
6.4.1. Sifarişlərdə almaq istədiyi səhmlərin sayını göstərməyən iştirakçılara (1-ci növ sifarişlər üzrə) satılan səhmlərin sayı aşağıdakı düsturla hesablanır:
S1 = K x M1
burada,
S1 -  1-ci növ sifariş vermiş sifarişçilərə satılan səhmlərin sayıdır;
M1 -  1-ci növ sifarişlərdən səhmlərin dəyərini ödəmək üçün təklif edilən pul vəsaitinin ümumi məbləğidir.
6.4.2. Sifarişlərdə hərracın məzənnəsindən aşağı qiymət təklif etmiş iştirakçılara (2-ci növ sifarişlər üzrə) satılan səhmlərin sayı 1-ci növ sifariş vermiş iştirakçılara satılan səhmlərin müəyyən edilməsi qaydası ilə hesablanır.
6.4.3. Sifarişlərdə hərracın məzənnəsinə bərabər qiymət təklif etmiş iştirakçılara (2-ci növ sifarişlər üzrə) satılan səhmlərin sayı aşağıdakı düsturla hesablanır:
S2 = Sü - S
burada,
S - 6.4.1. və 6.4.2-ci bəndlərdə nəzərdə tutulmuş qaydada hərrac iştirakçılarına satılan səhmlərin sayıdır.
6.4.4. Hərracın məzənnəsinə bərabər qiymət təklif edilmiş sifarişlər ən çox pul vəsaiti təklif etmiş alıcıdan başlayaraq ən az pul vəsaiti təklif etmiş alıcıya ödənilmək şərti ilə həyata keçirilir.
6.4.5. Zəruri hallarda hərrac komissiyasının qərarı ilə səhmdar cəmiyyətinin nizamnamə kapitalı dəyişdirilmədən səhmlərin bölünməsi (bir səhmin ilkin nominal qiymətindən daha kiçik eyni nominallı səhmlərə bölünməsi) aparıla bilər.
 
7. Hərracların nəticələrinin rəsmiləşdirilməsi 
 
7.1. Hər iki növ hərracın nəticələrinə görə yekun protokolu iki nüsxədə tərtib edilir, hərraca yekun vurulan gün hərrac komissiyasının iclasında iştirak edən komissiya üzvləri tərəfindən imzalanır və təsdiq olunmaq üçün satıcıya verilir. Həmin protokol 10 (on) gün müddətində Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət  Komitəsi tərəfindən təsdiq edilir. Hərracın yekunları haqqında protokolda aşağıdakılar göstərilir:
     protokolun tarixi və nömrəsi;n 
     satıcının adı;n 
     hərracın yekunları üzrə iclasda iştirak edən komissiya üzvlərinin siyahısı;n 
     səhmləri hərraca çıxarılan səhmdar cəmiyyətin tam adı, hüquqi ünvanı;n 
     hərracın yekun qiyməti və onun hərracın qalibi tərəfindən ödənilməsi üsulu (pul və ya özəlləşdirmə payı ilə);n 
     qalib gəlmiş şəxslənrin adı, hüquqi ünvanı. 
7.2. Hərracın nəticələri hərrac başa çatdığı gündən 15 (on beş) gün müddətində Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət  Komitəsinin rəsmi mətbu orqanı olan «Mülkiyyət» qəzetində dərc olunur. Hərracın nəticələri haqqında məlumatda aşağıdakılar göstərilməlidir:
     səhmləri satışa çıxarılan səhmdar cəmiyyətin tam rəsmi adı, hüquqi ünvanı;n 
     satışa çıxarılan səhmlərin ümumi miqdarı və növləri;n 
     səhmlərin nominal dəyəri;n 
     sifarişçilərdən daxil olmuş sifarişlərin miqdarı və növü;n 
     hərraclarda iştirak etməyə buraxılmış sifarişçilərin sayı;n 
     sifarişçilər tərəfindən təqdim edilmiş özəlləşdirmə çeklərinin sayı və ya ödənilmiş pul vəsaitinin məbləği;n 
     hərracın məzənnəsi;n 
     satılmış səhmlərin sayı və ümumi dəyəri.n 
 
8. Hərracın nəticələri üzrə mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi 
 
8.1. Alıcı hərraclarda aldığı səhmlərə mülkiyyət hüququnu hərracın nəticələri haqqında protokolun təsdiq edildiyi gündən əldə edir və bu barədə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət  Komitəsi ona müvafiq sənəd verir.
8.2. Səhmdar cəmiyyətinin səhmlərinin satışına dair yekun məlumatlar təsdiq edildikdən sonra Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət  Komitəsi tərəfindən Milli Depozit Mərkəzinə təqdim edilir.
8.3. Ixtisaslaşdırılmış çek hərraclarında təqdim edilmiş özəlləşdirmə payları hərracın nəticələri haqqında protokolun təsdiq edildiyi gündən sonra II Dövlət Proqramına müvafiq olaraq silinir.
 
9. Özəlləşdirmənin nəticələrinin etibarsız hesab edilməsi 
 
9.1. Hərrac vasitəsilə özəlləşdirmənin nəticələri qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada etibarsız hesab edilə bilər.