Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən daha bir innovativ layihə reallaşıb. Belə ki, dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı keçirilən bütün hərraclar tam elektronlaşdırıldı.

Bu məqsədlə, 6 dekabr tarixində saat 10:30-da “Dövlət əmlakının özəlləşdirilməsində elektron hərracların tətbiqi: rasionallıq və şəffaflıq” mövzusunda İctimai Təqdimat keçiriləcəkdir. Tədbirdə “Dövlətə məxsus əmlakların özəlləşdirilməsi ilə bağlı elektron hərrac” xidmətinin istifadə qaydaları, üstünlükləri və faydaları barədə təqdimat olacaq və bu proses əyani nümayiş etdiriləcəkdir.

Bu layihənin reallaşdırılması nəticəsində bütün növ dövlət əmlaklarını heç bir yerə getmədən bir virtual məkandan Elektron Hərrac vasitəsilə özəlləşdirmək mümkün olacaqdır.

Tədbirdə media, qeyri hökumət və daşınmaz əmlak sahəsində fəaliyyət göstərən ictimai təşkilatların iştirakı nəzərdə tutulur.

Qeyd edək ki, tədbir Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin inzibati binasında (Hüseyn Cavid prospekti, 31. Elmlər Akademiyası metro stansiyasının arxası) keçiriləcək.

Tədbirə bütün Kütləvi İnformasiya vasitələrinin nümayəndələri dəvət olunurlar.  

Əlaqə telefonu: (050) 235-30-33

Hörmətlə,

Əmlak Məsələləri Dövlət Komitəsinin

İnformasiya, ictimaiyyətlə əlaqələr və

protokol şöbəsinin müdiri Qulu Xəlilov